
LG şirkəti öz mobil biznesini bağlamaq qərarını verib
Startup və Biznes
23.03.2021
Emil
İnternetdə ortaya çıxmış məlumata əsasən LG şirkəti özünün mobil şöbəsini bağlamaq qərarına gəlib. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, bir neçə müddət ərzində şirkət öz mobil biznesinin satılması üzrə Vyetnamın VinGroup konqlomeratı və Wolksvagen ilə danışıqlar aparıb. Lakin bu danışıqlar heç bir nəticə verməyiblər. LG şirkəti öz mobil biznesinin bağlanmasını yaxın günlər ərzində elan etməlidir. Bu səbəbdən şirkət öz yeni smartfon modellərinin hazırlanmasını dayandırıb.
Bura həmçinin Rollable adlı qatlana bilən smartfon modeli də daxildir. Qeyd etmək lazımdır ki, LG-nin mobil şöbəsi artıq 23 rübdür ki, mənfiyə çalışır. 2015-ci ilin ikinci rübündən başlayaraq şirkətin bu şöbəsinin maliyyə itkisi 4.43 milyard dollar təşkil edib. Şirkət bu vəziyyəti qeyri adi dizayna sahib yeni smartfonları satışa çxıartmaqla düzəltməyə çalışırdı. Lakin şirkətin bu cəhdləri heç bir uğurlu nəticə vermədi. LG-nin mobil şöbəsinin son layihəsi T hərfi formasında dizayna sahib 2 ekranlı LG Wing smartfonu oldu.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
