MediaTek yenidən dünyanın 1 nömrəli mobil prosessor istehsalçısı statusunu əldə edib
Tech-Biznes
Startup və Biznes
e-ticaret
09.06.2021
Farid Pardashunas
Counterpoint Research şirkətinin analitikləri bu ilin birinci rübü ərzində smartfonlar üçün tələbatın ən yüksək olduğu prosessor brendinin adını açıqlayıblar. Reytinqin lideri MediaTek şirkəti olub. Beləliklə MediaTek bazarın digər nəhəngləri olan Qualcomm, Samsung və HiSilicon şirkətlərini geridə qoyaraq liderliyi əlində saxlayıb. Bu ilin birinci rübü üzrə hesabat nəticələrinə əsasən MediaTek şirkəti mobil prosessor bazarının 35%-nə sahibdir. Bununla belə reytinqin birinci pilləsini MediaTek artıq ardıcıl son 3 rüb ərzində özündə saxlaya bilir.
Reytinqin ikinci yerini Qualcomm şirkəti tutur. Onun mobil prosessor bazarındakı payı 29% təşkil edir. Üçüncü yerdə isə 17%-lik göstərici ilə Apple qərarlaşıb. Apple-dan sonra siyahıdakı növbəti yerləri Samsung (9%), HiSilicon və Unisoc (hər biri 5%) tutublar. Counterpoint Research şirkəti MediaTek-ə istinadən qeyd edib ki, bu ilin aprel ayında şirkət 1.32 milyard dollar qazanıb. Bu isə keçən il eyni vaxt üzrə əldə olunmuş göstəricidən 70% yüksəkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)