Məktəblilər üçün ödənişsiz “ Barama Junior Academy Summer IT School” layihəsi uğurla həyata keçirildi (VİDEO)

31.08.2017 0 PAYLAŞIM 276 OXUNMA

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə ödənişsiz həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başa çatıb. 31 avqust tarixində Boulevard Hotel Baku-da mükafatlandırma mərasimi keçirilib və 50 nəfər məktəbliyə sertifikat təqdim olunub.Hal-hazırda texnologiyaların inkişafı və artımı ilə iqtisadiyyatda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq üçün rəqəmsal savadlılığa yiyələnmək başlıca rol oynayır. Bunu nəzərə alaraq məktəblilər üçün “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edib. 15 iyul-25 avqust tarixlərində baş tutan layihədə 50 məktəbli iştirak edib. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar.“Coding Kids – Summer IT School” layihəsi çərçivəsində 9-11 və 12-15 yaşlı məktəblilər üçün həftədə 3 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən dərslər aparılıb. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.