Məşhur analitik: 'Huawei şirkəti smartfon bazarından gedə bilər'

Məşhur analitik: 'Huawei şirkəti smartfon bazarından gedə bilər'

Startup və Biznes
01.09.2020 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo, Huawei şirkətinin aqibəti barəsində bəzi proqnozlar verib və həmin proqnozlar heç də ürəkaçan deyillər. Bu barədə Wccftech saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ sanksiyaları səbəbilə Huawei hal hazırda özünün heç də yaxşı zamanlarını yaşamır. ABŞ hökuməti ilk öncə öz yerli şirkətlərinə Huawei ilə əməkdaşlıq etməyi qadağan etdi və daha sonra bu qadağanı ABŞ texnologiyalarından istifadə edən xarici şirkətlərə də yaydı.

    Nəticədə Huawei şirkəti həm Google servislərindən həm də TSMC tərəfindən istehsal olunmuş Kirin prosessorlarından məhrum oldu. Ming-Chi Kuo-nun sözlərinə əsasən hadisələrin ən yaxşı gedişatı nəticəsində şirkətin satışları aşağı düşəcək və o, bazarın bir hissəsini itirəcək. Ən pis halda isə Huawei ümumiyyətlə smartfon bazarından gedə bilər.


    Bu cür ehtimal Çinin OPPO, Vivo Xiaomi kimi şirkətləri üçün əla fürsət olardı. Lakin Huawei şirkətinin smartfon bazarından getməsi ehtimalı çox da inandırıcı səslənmir. Belə ki, bu məsələdə şirkətə Çindən böyük dəstək var və bu səbəblə onun satışları bu regionda getdikcə artır. Lakin buna baxmayaraq ABŞ sanksiyalarının nəticələri çox ağır olacaq. Son məlumat sızıntılarına əsasən Huawei özünün prosessor istehsalına hazırlaşır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin pote..


Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyas..

Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tut..


Spotify-ın şikayətləri nəticəsində Apple 27 milyard dollar dəyərində cərimələnə ..

Avropa komissiyasının ilkin nəticəsinə əsasən Apple şirkəti öz App Store platformasının üstünlükləri..


Kaliforniya 2045-ci ilə kimi neft hasilatını tamamilə dayandıracaq

Kaliforniya qubernatoru Gavin Newsom 2045-ci ilə kimi öz ştatında neft hasilatının tamam qadağan edi..


Böyük Britaniya Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa ..

Böyük Britaniya hökuməti Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa start verib..


Telegram-ın bazar dəyəri IPO nəticəsində Whatsapp-dan daha yüksək ola bilər..

Telegram IPO keçirtməyə hazırlaşır. Bu, artıq yaxın illərdə baş verməlidir.

×