Logo
    main-post-cover

    Məşhur platforma Slack, 250 milyon dollar investisiya aldı

    Startup və Biznes
    18.09.2017
    Emil

    “Slack Technogies Inc.”, Yaponiyanın “SoftBank” holdinqinə məxsus Vision Fund adlı fondu da daxil olmaqla bir neçə qrup investordan 250 milyon dollar investisiya alıb.

    İnvestorlar, Slack-ı, 5.1 milyard dollar qiymətində dəyərləndiriblər. 2016-cı ilin Aprel ayında keçirilmiş investisiya raundu zamanı isə şirkət, 3.8 milyard dollar qiymətində dəyərləndirilirdi. 2009-cu ildə yarandığı gündən sözügedən platforma ümumilikdə 841 milyon dollar investisiya cəlb edib. Əldə olunmuş vəsaitlər, ehtiyyatda saxlanılır. Belə ki, platforma təmsilçilərinin sözlərinə görə Slack, əvvəlki investisiya raundlarından yığılmış vəsaitin hələki 591 milyon dollarına sahibdir. Slack-ın CEO-su Stewart Butterfield bildirib ki, Slack, hər il 100%-dən çox göstəricilə böyüyür. Onun illik gəliri isə 200 milyon dollar təşkil edir. O həmçinin şirkətin, IPO-ya çıxması haqqında da danışıb. Lakin IPO-ya 2018-ci ildən tez çıxması planlaşdırılmır.
    Paylaş
    Bənzər xəbərlər