Məşhur taksi servisi olan Taxify 175 milyon dollar investisiya aldı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
30.05.2018
Farid Pardashunas
Estoniyada təsis edilmiş məşhur
Taxify taksi servisi növbəti investisiya raundunu yekunlaşdıraraq 175 milyon
dollar investisiya aldı. Nəticədə sözügedən taksi servisinin qiyməti 1 milyard
dollar dəyərində qiymətləndirilib. Qeyd etmək lazımdır ki, yekunlaşdırılmış
investisiya raunduna avtomobil istehsalçısı olan Daimler şirkəti liderlik edib.
Beləliklə Daimler şirkətinin təmsilçiləri Taxify servisinin direktorlar
şurasına daxil olacaqlar.
İnvestisiya raundunda həmçinin Avropanın vençur fondu
Korelya Capital və TransferWise ödəniş sisteminin təsisçisi iştirak ediblər.
Taxify əldə olunmuş investisiyanı öz texnologiyalarının inkişafı və beynəlxalq
ekspansiya üçün istifadə edəcək. Taksi servisi əsasən Afrika və və bir sıra
Avropa bazarlarına çıxmağı planlaşdırır. Taxify həmçinin təsdiq edib ki, o,
Rusiya bazarına çıxmağa hazırlaşır. Bu məsələ barəsində hələki heç bir dəqiq
tarix yoxdur.
Lakin buna baxmayaraq şirkət artıq öz saytının rus dili
versiyasını istifadəyə verib. Taxify 2013-cü ildə estoniyalı sahibkar Markus
Villig tərəfindən təsis edilib. Hal hazırda şirkət 25-dən çox ölkədə fəaliyyət
göstərir. Şirkətin öz məlumatlarına əsasən taksi servisi 500.000-dən çox
sürücü ilə 10 milyondan çox sərnişinə xidmət göstərir. Keçən il şirkətə digər məşhur
taksi servisi Didi Chuxing investisiya yatırmışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)