main-post-cover

    Meta şirkəti reklam elanlarının yaradılmasında süni zəkadan istifadə etməyi planlaşdırır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.04.2023
    Farid Pardashunas
        Daha təkmilləşdirilmiş generativ süni zəka sistemlərinin istifadəyə verilməsi məsələsində yarışan texnoloji şirkətlərdən fərqli olaraq Meta ilə Apple bu mövzuda hələ ki, səssizliklərini qoruyub saxlayırlar. Faktiki olaraq Meta şirkəti bu sahədə bəzi texnologiyalara sahibdir. Lakin onun bu istiqamətdə nəsə aktiv iş gördüyü müşahidə edilmir. Məlum olub ki, Meta süni zəkanı reklam elanlarının yaradılmasında istifadə etmək istəyir. Bu barədə məlumatı şirkətin texniki direktoru Andrew Bosworth bildirib.
        Onun sözlərinə əsasən reklam elanlarının və bannerlərinin yaradılması üçün nəzərdə tutulmuş süni zəka texnologiyaları artıq bu il işıq üzü görə bilərlər. Bir neçə ay bundan öncə Meta daxilində yeni komanda təsis edildi və həmin komandanın əsas vəzifəsi Whatsapp ilə Facebook Messenger-ə süni zəka funksiyalarını əlavə etməkdir. Görünür, metakainat layihəsi şirkətin əsas biznesi kimi özünü doğrultmadı. Lakin buna baxmayaraq Meta şirkəti süni zəkanı həmçinin virtual dünyalarda istifadə etməyi planlaşdırır.
        Bosworth əmindir ki, OpenAI şirkətinin GPT-4 Google şirkətinin PaLM kimi güclü dil modelləri mətn formatında təsvirlər əsasında rahatlıqla 3D modellərin yaradılmasını reallaşdıra biləcəklər. Əvvəllər 3D dünyaların yaradılması üçün 3D qrafikanı və proqramlaşdırmanı öyrənmək lazım idi. Lakin yaxın gələcəkdə bunun üçün sadəcə olaraq mətn formatında təsvirlərin qeyd edilməsi kifayət edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər