Meta şirkəti süni zəka əsaslı reklam alətlərini test etməyə başlayıb

Meta şirkəti süni zəka əsaslı reklam alətlərini test etməyə başlayıb

Startup və Biznes
12.05.2023 PAYLAŞIM

    Meta şirkəti digərləri kimi aktiv şəkildə generativ süni zəka məhsulları üzərində çalışır. Şirkət elan edib ki, o, süni zəka əsaslı reklam alətlərinin testlərinə start verib. Məlumata əsasən şirkətin süni zəka əsaslı reklam alətləri reklam edilən məhsullar üçün fon təsvirləri və reklam elanları kimi kontentləri tərtib edə bilirlər. Şirkət öz növbəsində bəzi reklamçıları bu yeni imkanları test etmək üçün dəvət edəcək. Dəvət ediləcək reklamçılar isə Meta-nın süni zəka əsaslı reklam alətlərini AI Sandbox adlı test xarakterli platformada yoxlaya biləcəklər.


    Meta təmsilçiləri bildiriblər ki, onlar öz yeni reklam alətlərini iyul ayında daha çox reklamçıya təqdim etməyi planlaşdırırlar. İl ərzində isə süni zəka əsaslı bəzi funksiyaların açıq şəkildə təqdim edilən reklam alətlərinə inteqrasiya edilməsi gözlənilir. Microsoft tərəfindən aktiv şəkildə dəstəklənən OpenAI şirkətinin ChatGPT çat-botu istifadəçilər arasında məşhurlaşandan sonra Meta da digər şirkətlər kimi generativ süni zəka sahəsinə istiqamətləndi və bu sahəyə investisiyalar yatırdı. Süni zəka əsaslı reklam alətləri Meta-nın generativ süni zəka sahəsində ilk məhsullarını təqdimetmə cəhdidir.



DAHA ÇOX


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.


Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsi səbəbilə OpenAI Avropa baza..

OpenAI şirkətinin CEO-su olan Sam Altman xəbərdarlıq edib ki, Avropa Birliyi regionunda süni zəka sa..


Meta şirkəti növbəti işçi ixtisarını reallaşdırır

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçinin ixtrisarını reallaşdırmışdı...

×