Microsoft Siri-nin yaradılmasında rol oynamış Nuance adlı şirkəti 19.7 milyard dollara alıb

Microsoft Siri-nin yaradılmasında rol oynamış Nuance adlı şirkəti 19.7 milyard dollara alıb

Startup və Biznes
13.04.2021 PAYLAŞIM

    Microsoft rəsmi şəkildə Nuance Communications şirkətini aldığını elan edib. Nuance ABŞ-ın texnoloji şirkətidir və 30 il bundan öncə təsis edilib. Bu şirkət bulud texnologiyaları ilə süni zəka sahəsində fəaliyyət göstərir. Nuance şirkəti Microsoft Azure platforması əsasında tibbi praktikalar üçün səsin təyin olunması üzrə SaaS (Software as a Service) təkliflər hazırlayıb. Hal hazırda həkimlərin 55%-i, rentgenoloqların 75%-i və ABŞ-dakı xəstəxanaların 77%-i bu şirkətin məhsullarından istifadə edir.

    Onu da qeyd etmək lazımdır ki, Apple şirkəti özünün Siri səsli köməkçisini məhz Nuance şirkətinin texnologiyası üzərində qurub. Belə ki, Apple uzun illər bundan öncə Nuance şirkətinin yaratdığı texnologiyanı almış və onun əsasında Siri səsli köməkçisini ərsəyə gətirmişdi. 2020-ci maliyyə ilinin yekunlarına əsasən Nuance-nin dövriyyəsi 37% yüksəlmiş, təmiz mənfəəti isə 91 milyon dollar təşkil etmişdi. Microsoft-un Nuance-ni alması üçün şirkətin bazar dəyərindən 23% daha çox pul ödəməli olub. Yəni Microsoft sözügedən şirkəti 19.7 milyard dollara alıb.


    Bu isə o deməkdir ki, Microsoft əldə etdiyi şirkətin hər bir səhmi üçün 56$ ödəyib. Müvafiq nizamlayıcı orqanların icazələrindən sonra iki tərəf arasındakı müqavilənin ilin sonuna kimi bağlanacağı güman edilir. Microsoft bildirib ki, bu müqavilə şirkətin səhiyyə sahəsindəki mövqelərini gücləndirəcək və Microsoft Cloud for Healthcare imkanlarını genişləndirəcək. Qeyd etmək lazımdır ki, bu, Microsoft-un ikinci böyük müqaviləsidir. Birinci yeri isə şirkətin 2016-cı ildə LinkedIn-i alması tutur. Həmin vaxtda bu müqavilə Microsoft-a 26.2 milyard dollara başa gəlmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib..

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə ..


Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb..

Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google S..


Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib...


ABŞ hökuməti Xiaomi-yə qarşı olan sanksiyaları ləğv edir

Donald Trump ABŞ prezidenti vəzifəsindən ayrılmamışdan öncə onun Ağ Evdəki administrasiyası Xiaomi-n..


Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin pote..


Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyas..

Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tut..

×