
Microsoft şirkəti Activision Blizzard-ı aldığını sonunda rəsmi şəkildə elan etdi
Startup və Biznes
Tech-Biznes
13.10.2023
Emil Noisy
Microsoft-un Activision Blizzard-ı almaq cəhdi ətrafındakı hekayə artıq 2 il idi ki, davam edirdi. Bu iki şirkət arasındakı müqavilənin bağlanması yolunda onlar dünyanın bir sıra ciddi tənzimləyici orqanlarının araşdırma və məhkəmə proseslərindən keçməli oldular. Nəticədə iki şirkət müqavilənin tamamilə şəffaf olduğunu sübut edə bildilər. Beləliklə Microsoft öz növbəsində rəsmi şəkildə elan edib ki, o, Activision Blizzard şirkətini əldə edib.
Nəticədə Activision Blizzard və onun bütün oyun brendləri Microsoft-un Xbox biznesinə daxil oldular. Xbox biznesi öz növbəsində “Call of Duty”, “Guiter Hero”, “Warcraft”, “Starcraft”, “Tony Hawk's Pro Skater”, “Prototype”, “Spyro”, “DJ Hero”, “Skylanders”, “Diablo”, “Overwatch” və “Candy Crush” brendlərini əldə etdi. Qeyd etmək lazımdır ki, bu, kompüter oyunları sektorunda ən böyük müqavilədir. Belə ki, Microsoft şirkəti Activision Blizzard-ı 68.7 milyard dollara aldı.
Linki kopyala
Həftənin xəbərləri

