
Microsoft şirkəti Pinterest servisinin alışını planlaşdırırmış
Startup və Biznes
11.02.2021
Emil
Ortaya çıxmış məlumata əsasən vaxtı ikən Microoft şirkəti Pinterest servisinin alışını planlaşdırırmış. Hətta bu məsələdə danışıqlar da gedib. Bu barədə Financial Times xəbər verib. Məlumatda qeyd edilib ki, nəticədə Microsoft bu plandan imtina edib və hal hazırda heç bir danışıq aparılmır. Financial Times-ın sözlərinə əsasən Microsoft şirkəti özünün bulud hesablamalar platforması əsasında çalışa biləcək online platformaların alınmasında maraqlıdır.
Müxtəlif növ fotoların yerləşdirilməsi üçün nəzərdə tutulmuş Pinterest servisinin bazar dəyəri pandemiya dövründə 600% yüksələrək 51 milyard dollar təşkil edib. 2019-cu ildə isə o elan etmişdi ki, müstəqil qalmaq istəyir. Pinterest-in alışı Microsoft tarixində ən böyük və Joe Biden-ın administrasiyası çərçivəsində ilk müqavilə ola bilərdi. Yeni ABŞ rəhbərliyinin böyük texnoloji şirkətlərin alınması məsələsinə necə yanaşdığı hələ bəlli deyil. Qeyd etmək lazımdır ki, hələ keçən il Microsoft şirkəti TikTok servisinin alınması üzrə danışıqlar aparırdı. Belə ki, TikTok-un ABŞ-da bloklanması təhlükəsi var idi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
