Microsoft, TikTok-un ABŞ biznesinin alınması danışıqlarını təsdiqləyib: Yeni məlumatlar var

Microsoft, TikTok-un ABŞ biznesinin alınması danışıqlarını təsdiqləyib: Yeni məlumatlar var

Startup və Biznes
03.08.2020 PAYLAŞIM

    Microsoft şirkəti TikTok servisinin ABŞ biznesinin alınması barədə danışıqların aparıldığını təsdiqləyib. Bununla yanaşı şirkət bildirib ki, Microsoft CEO-su Satya Nadella bu məsələni ABŞ prezidenti Donald Trump ilə müzakirə edir. Bu barədə Vc.ru saytı xəbər verib. Microsoft ilə ByteDance (TikTok-un sahibi) şirkətləri bu barədə ilkin danışıqların aparıldığını ABŞ-ın xarici investisiyalar üzrə komitəsini məlumatlandırıblar. Bu danışıqlar çərçivəsində TikTok-un təkcə ABŞ-dakı biznesinin yox həm də Kanadada, Avstraliyada və Yeni Zelandiyadakı bizneslərinin alınması müzakirə olunur.

    Microsoft həmçinin digər investorlara biznesdəki minoritar payı da təklif edə bilər. Şirkət ByteDance ilə danışıqları 15 sentyabra kimi yekunlaşdırmağı planlaşdırır. Bununla paralel olaraq Microsoft sözügedən müqaviləni Donald Trump da daxil olmaqla dövlət nümayəndələri ilə müzakirə edir. Microsoft şirkəti Donald Trump-ın TikTok barəsindəki narahatlığını başa düşür və bu servisin təhlükəsizliyi ilə ABŞ-a iqtisadi üstünlükləri vermə ehtimallarının yoxlanılmasından sonra TikTok-un bizneslərini almaq niyyətindədir. Əsasən qeyd olunub ki, Microsoft ABŞ-dakı TikTok istifadəçilərinin məlumatlarının məhz ABŞ-da saxlandıqlarına əmin olacaq və ABŞ-dan kənarda yerləşən bu cür məlumatlar mütləq şəkildə silinəcək.


    Qeyd etmək lazımdır ki, bu, ilkin danışıqlardır və onların sona çatmasından əvvəl şirkət bu məsələyə digər bir aydınlıq gətirməyəcək. 31 iyul tarixində Donald Trump bildirmişdi ki, TikTok servisi tez bir zamanda ABŞ-da bloklanacaq. Bunun üçün o, lazımi sənədləri 1 avqust tarixində imzalamalı idi. Lakin Reuters saytının məlumatlarına əsasən özünün bəzi məsləhətçilərinin təzyiqləri altında Trump fikrini dəyişib. TikTok-un bloklanması bir çox gənc sosial şəbəkə istifadəçisinə təsir edə və noyabrda keçiriləcək prezident seçkiləri qabağı hüquq problemlərinin axınını yarada bilər. 



DAHA ÇOX


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.


Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsi səbəbilə OpenAI Avropa baza..

OpenAI şirkətinin CEO-su olan Sam Altman xəbərdarlıq edib ki, Avropa Birliyi regionunda süni zəka sa..


Meta şirkəti növbəti işçi ixtisarını reallaşdırır

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçinin ixtrisarını reallaşdırmışdı...


Shutterstock şirkəti Giphy servisini Meta-dan alacaq

Shutterstock şirkəti Giphy servisinin 53 milyon dollara əldə edilməsi üçün Meta şirkəti ilə razılığa..

×