
MindCotine adlı startap, virtual reallıq vasitəsilə siqaret asılılığından azad edir (VİDEO)
Startup və Biznes
01.06.2017
Emil
MindCotine adlı startap, virtual reallıq əsasında xüsusi tətbiq yaradıb. Həmin tətbiq, siqaret çəkmək asılılığından azad edir.
Sözügedən layihə Kickstarter platformasında təqdim olunub və
onun inkişafı üçün 18.000$ vəsait lazımdır. MindCotine-nin yaradıcıları başa
düşürlər ki, siqaretdən azad olmaq istəyən insanlar lazımi üsullara sahib
deyillər. Məhz buna görə də bu startapın komandası, siqaret asılılığından
qurtulmaq üçün virtual reallıq və tibbi sahədəki bacarıqlarını bir araya gətirib.
MindCotine həmçinin süni zəka əsasında ünsiyyət platformasını da yaradıb. Tətbiqin
istifadəçiləri həmin platformaya qoşularaq dəstək ala və öz fikirlərini bölüşə
bilərlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il 6 milyon
insan siqaret ucbatından həyatını itirir. Bu asılılıq sayəsində yaranan səhhət
problemlərininhəlli üçün isə bütün dünya üzrə 1 trilyon dollar vəsait xərclənir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
