main-post-cover

    MTİ alimləri, ani uğur qazana biləcək startapları müəyyən edən alqoritm yaradıblar

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    30.06.2017
    Emil Nəcəfov

    Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları, investorlara böyük gəlir gətirə biləcək startapları müəyyən edən riyazi model hazırlayıblar.

    Bəzi hallarda sözügedən riyazi model, ən uğurlu vençur fondlarının üsullarından daha effektiv olub. İlk öncə alimlər, 3 mənbədən startaplar haqqında məlumatlar toplayıblar. Deməli, Crunchbase Pitchbook bazalarından 1981-2016-cı illər aralığında qurulmuş 83.000 şirkətin investisiya və IPO məlumatları yığılıb. LinkedIn sosial şəbəkəsindən əldə olunmuş məlumatlar sayəsində isə əvvəlki iki mənbədən yığılmış məlumatlarla, həmin şirkət qurucuları, əməkdaşlarının təcrübələri və təhsilləri müqayisə edilib. Daha sonra tədqiqatçılar süni zəka vasitəsilə riyazi model hazırlayıblar və onu konkret illər üzrə yoxlayıblar. Test mərhələsinə müəyyən ildə təsis edilmiş şirkətlər daxil olub. Alqoritmin təlimi üçün isə müəyyən ildən əvvəlki müddətdə təsis edilmiş (səbəb isə alqoritmin, gələcəyi görə bilməməsi və ilkin investor üçün nəzərdə tutulmuş məlumatlara sahib olmasıdır) şirkətlərin məlumatları daxil edilib. Startapın məlumatlarına əsaslanaraq və keçmişdə digər şirkətlərin uğurları ilə müqayisə edərək alqoritm, hər bir şirkət üzrə investor üçün çıxış (startapdakı payının satılması) ehtimalını hesablayıb. Alimlər isə öz növbəsində alqoritmin fikrincə ani yüksəliş ehtimalına sahib şirkətlərin portfoliosunu yığıblar.
    Alimlərin, alqoritm vasitəsilə yığdıqları 2011-ci il (sol cədvəl) və 2012-ci il (sağ cədvəl) şirkətlər portfoliosu. Qalın hərflərlə o şirkətlər qeyd olunub hansılar ki, öz investorlarına paylarının satılmasına imkan verə bilərdilər. Sağ cədvəldə startapa, ona xarakter olan, A, B, C və hətta IPO-ya çıxış və ya bütün şirkətin satılmasına kimi gətirib çıxaran ən yüksək investisiya raundu qeyd olunub.
    Nəticədə əldə olunmuş riyazi model sayəsində hətta aparıcı vençur fondlarının effektiv üsullarını geridə qoyan portfolionu yığmaq mümkün olub. 5 və 10 şirkətdən ibarət olan portfolio halında onlardan 60%-i öz investorlarına çıxış imkanı verib. Bunu həmçinin startap portfoliosuna daxil edilmiş real gələcək haqqında olan məlumatlar da sübut edir.
    Digərlərindən fərqli olaraq müəyyən startapın uğuruna təsir edən faktorlar:
    Bundan əlavə olaraq alqoritm, uğurlu startapların hansı xüsusiyyətlərə sahib olduqlarını da müəyyən edib. Məlum olub ki, yüksək uğur qazanan layihələr o parametrə sahib olublar hansı ki, vençur fondları tərəfindən yüksək qiymətləndirilir. Söhbət, təsisçi və əməkdaşların uğurlu təcrübələrindən gedir. Startap bir çox hallarda ona görə uğur qazanırdı ki, onda, daha əvvəllər uğurlu layihədə (satılmış və ya IPO-ya çıxmış) çalışmış insanlar olsun. Bundan əlavə olaraq layihənin uğurluğuna investor və konsultantların öz təcrübələri də təsir edib. “Görünür biz, vençur fondlarının bilmədikləri hansısa gizli resepti tapmışıq. Lakin bizim müşahidələrimiz onu göstərdi ki, investorların axtardıqları özəlliklər bizim tədqiqatımızda uğurun aparıcı özəllikləri olub” – deyə sözügedən tədqiqatın müəlliflərindən biri olan Tauhid Zaman bildirib. Zaman-ın sözlərinə əsasən alqoritmlə müqayisədə investorların aşağı səviyyədə effektivliyi onunla izah olunur ki, insanlar, layihəni qiymətləndirən zaman intuisiyalarına və layihənin xarakteristik kəmiyyət təhlilinə güvənirlər. Alqoritm isə həmin vaxtda ikinci göstəriciyə diqqət ayırır.
    Linki kopyala