Reklam
Nazənin Cavadova öz startupı ilə ölkəmizi beynəlxalq yarışda təmsil edəcək

Nazənin Cavadova öz startupı ilə ölkəmizi beynəlxalq yarışda təmsil edəcək

Startup və Biznes
13.02.2018 PAYLAŞIM

    9-11 fevral qadınlar arasında keçirilən Global Startup Weekend Bakı tədbirinin qalibi TalentPort layihəsi oldu. Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda 7 mart Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.

     “Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda toplam 50-dən çox müraciət qəbul olundu və 11 komanda Bakı finalında iştirak etdilər. Tədbirin açılışında iştirak edən Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez öz çıxışında iştirakçılara ürək sözlərini ünvanladı və qalibin Paris səfərinin faydalı keçməsini arzu etdi.


     Startup Weekend tədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startup, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır.

     Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın qalibləri aşağıdakı komandalar oldu: TalentPort – 1-ci yer. Qalib komanda RCI Bank & Services, AccorHotels, Air France, Wavestone, Air Liquide, La Tribune kimi qlobal sponsorlardan Parisə uçuş bileti, Accor oteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda Next Step İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazandılar.

SuperNanny – 2-ci yer.

Creyofu – 3-cü yer.

     Qeyd edək ki, Global Startup Weekend Women Bakı finalının baş sponsoru kimi Dövlət Bankı Azər Türk Bank çıxış edirdi. Bundan əlavə, EY Azərbaycan, ADA Universiteti, Red Communications, Khazar Ventures, ATL Tech, Özsüt Restoranları, Topkimi, Pizza Mizza da sponsorlar arasında yer aldılar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×