main-post-cover

    NVIDIA şirkəti rəsmi şəkildə ARM Holdings-i almaqdan imtina edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.02.2022
    Farid Pardashunas
        Portativ və mobil cihazlar ilə yanaşı serverlər və superkompüterlər üçün RISC prosessorların yaradılması və lisenziyalaşdırılması ilə məşğul olan ARM Holdings-in NVIDIA tərəfindən 66 milyard dollara alınma cəhdi uğursuzluqla nəticələnib. NVIDIA rəsmi olaraq bildirib ki, o, ARM Holdings-i almaqdan imtina edib. Belə ki, şirkət ABŞ-ın, Böyük Britaniyanın və Avropa Birliyinin nizamlayıcı orqanlarının bu məsələ ilə bağlı olan müqavimətlərinə qarşı çıxmaq istəmir. Qeyd etmək lazımdır ki, nizamlayıcı orqanların fikirlərinə əsasən NVIDIA-nın ARM Holdings-i alması yarımkeçiricilər bazarının inkişafına ciddi mənfi təsir göstərəcək. Əgər bu müqavilə baş tutsaydı, o, yarımkeçiricilər sahəsinin ən böyük müqaviləsi olacaqdı. Hal hazırda ARM Holdings Yaponiyanın SoftBank holdinqinə məxsusdur.
        Məlumata əsasən SoftBank holdinqi ARM holdings-i IPO-ya çıxartmağıı planlaşdırır. ARM Holdings səhmlərinin birjaya çıxarılması 2023-cü ilin mart ayına kimi baş tutmalıdır. İki tərəf arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən SoftBank və ARM Holdings NVIDIA tərəfindən əvvəlcədən ödənilmiş 2 milyard dollar dəyərində xərci geri qaytarmayacaqlar. Qeyd etmək lazımdır ki, əgər NVIDIA şirkəti ARM Holdings-i alsaydı, o, bir çox mobil telefonun əsasında olan texnologiyalar üzərində idarəni əldə edəcəkdi. Lakin NVIDIA ARM Holdings-in texnologiyalarından data mərkəzlər sahəsindəki mövqelərini gücləndirmək üçün istifadə etməyi planlaşdırırdı. Bu sahədə şirkətin videokartlarına yüksək tələbat var.
        ARM Holdings-in satılması barədə təklif isə ilk olaraq SoftBank-dan gəlmişdi. Məlumata əsasən ARM Holdings-in alınmasından imtina qərarı NVIDIA-nın direktorlar şurasının iclasında qəbul edilib. Buna səbəb isə nizamlayıcı orqanlar və digər böyük şirkətlər tərəfindən narazılıqlardır. ARM Holdings-in texnologiyalarından istifadə edən Qualcomm, Microsoft, Google, Samsung Tesla kimi şirkətlər bildirirdilər ki, NVIDIA öz növbəsində ARM-in texnologiyalarına sahib olmaqla ədalətsiz üstünlüyü əldə edəcək. Bu isə rəqabətin aşağı düşməsinə gətirib çıxardacaq. NVIDIA bildirirdi ki, o, müqavilənin bağlanmasından sonra da ARM-in müştəriləri ilə əməkdaşlıq etməyə davam edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər