Logo
    main-post-cover

    NVIDIA süni zəka çipləri sayəsində təmiz gəlirini 13 dəfə yüksəldib

    Startup və Biznes
    22.11.2023
    Emil
         NVIDIA şirkəti bu ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətin sözlərinə əsasən bu ilin üçüncü rübü ərzində onun dövriyyəsi 18.12 milyard dollara yüksəlib. Bu isə keçən ilin üçüncü rübünün dövriyyəsindən 206% yüksəkdir. Məlumatda qeyd edilib ki, şirkətin üçüncü rüb üzrə təmiz gəliri 9.24 milyard dollar təşkil edib. Keçən ilin üçüncü rübündə bu göstərici 680 milyon dollar idi. Nəticədə 12 ay ərzində şirkətin təmiz gəlir göstəricisi 1259% yüksəlib. Şirkətin data mərkəz şöbəsinin gəliri 279% artaraq 14.51 milyard dollar təşkil edib. NVIDIA öz gəlirlərini süni zəka çipləri hesabına yüksəldə bilib. Hal hazırda bazarda şirkətin süni zəka çiplərinə böyük tələbat var. NVIDIA bildirib ki, o, növbəti rüb üzrə 20 milyard dollar təmiz gəlir əldə etməyi hədəfləyib.
    Paylaş