Logo
    main-post-cover

    Ofo adlı velosiped servisi, 700 milyon dollar investisiya aldı

    Startup və Biznes
    06.07.2017
    Emil

    Çində velosiped icarəsi üzrə fəaliyyət göstərən Ofo adlıs servis, 700 milyon dollar investisiya cəlb etdi.

    İnvestorlar siyahısında “Alibabaşirkəti, Diditaksi servisi, Hony Capital”, “CITIC Private Equity” və DST Global kimi fondlar var. Qeyd etmək lazımdır ki, bu ilin Mart ayında keçirilmiş investisiya raundunda “DST Global” fondu, sözügedən servisə 450 milyon dollar investisiya yatırmışdı. Həmin investisiya raundunda həmçinin “Didi” taksi servisi, “CITIC Private Equity”. “Coatue Managemnet”, “Atomico” və “Macrolnik Group” fondları iştirak etmişdilər. Crunchbase-in məlumatlarına əsasən 4 investisiya raundu nəticəsində Ofo servisi ümumilikdə 1.28 milyard dollar investisiya almışdır. Ofo, 2014-cü ildə Pekin Universitetində təsis edilib. Bu müddət ərzində servisdən 100 miılyon insan istifadə edib. Servisin öz məlumatlarına əsasən Ofo-dan Çin, İngiltərə, ABŞ və Sinqapur üzrə ümumilikdə 20 milyon insan istifadə edir. Müştərilər üçün hal hazırda 6.5 milyon velosiped aktivdir. Şirkət bu göstəricini 20 milyona qaldırmağı planlaşdırı. İsitfadəçi xüsusi mobil tətbiqi vasitəsilə yaxın ərazidə yerləşən velosipedi tapa bilər. Velospeddən istifadə etmək üçün isə onun üzərindəki xüsusi QR kodu skan etmək lazımdır. Velosipedə quraşdırılmış GPS ötürücü sayəsində isə istifadəçi, velosipedi istədiyi yerdə saxlaya bilər.
    Paylaş
    Bənzər xəbərlər