main-post-cover

    Ön sifariş rekordlarını qıran yerli təşəbbüskarlıq kitabı - 'ALAMO13'

    26.10.2017
    Farid Pardashunas
        "KVAN" "UBUNTU" müəllifi olan Coşqun Kərimov-un sayca üçüncü kitabı hələ işıq üzü görmədən ön sifariş rekordlarını təzələyib. Rekord dedikdə qəribə səslənə bilər, amma bu sahədə elə əvvəlki rekordlar da məhz müəllifə məxsus olub. Bildiyimiz kimi müəllifin həm "KVAN" həm "UBUNTU" kitabları eyni prinsiplə, hələ çap olunmadan ilk bölümlərinin yayımlanması ilə ön sifariş edilib. Azərbaycan kimi bazarda yeni olsa da, bu trend dünyada məşhurdur. Görünən odur ki, müəllifin ilk 2 kitabı oxucuları tərəfindən yaxşı qarşılanıb və "ALAMO13" adı verilən növbəti kitabı ilk elandan sonra kifayət qədər ön sifariş əldə edib. 

        İlk iki kitabdan fərqli olaraq "ALAMO13" fəqrli bir janrda təqdim olunur və sözügedən kitab əsasən təşəbbüskarların diqqətini cəlb edəcək deyə bilərik. Müəllifin özü yerli startap bazarında kifayət qədər təcrübəyə malikdir və bu dəfə müəllif özü yox, Toğrul personajı üzərindən fərqli bir sujet hazırlayıb. Kitabın baş qəhrəmanlarından biri deyir: 
    "Bura gəlməkdə məqsədim sizi buludlardan aşağıya  endirməkdir"
    "ALAMO13"ün əsas mesajlarından bir neçəsi:
    "Təşəbbüskar olmağı istəməklə, təşəbbüskar olmaq arasında fərq var"
    "Həyat gözləyənləri sevmir, hərəkət edənləri sevir"
        Şəxsi inkişaf və biznes mövzusunda yazılan bu kitab, oxucularının qarşısına 13 fərqli yuxuda dünyanın müzakirə etdiyi tarixi şəxsiyyətlər barədə çox maraqlı məqamları da ifşa edərək çıxacaq. Kitab haqqında çox danışmaq olar amma ən yaxşısı ilk 3 fəsli elə buradan özünüzün oxumağıdır. Yenə, eyni prinsipə əsaslanaraq müəllif, çap edəcəyi kitabın ilk 3 fəslini pulsuz olaraq yayımlayır. Kitabda adı keçən baş qəhrəmanlardan biri Toğrul isə bəlkə də elə sizə yaxın olan bir simadır desək, yalan olmaz. Açığı, elə bu cümlə ilə də sizinlə bir sirri bölüşmüş olduq. Geriyə qalan isə sizin bu kitabın 3 fəslini oxuyub, kitabı ön sifariş etməyinizdir.
        12 Noyabr tarixinə qədər 1000 kitabın ön sifariş edilməsi planlaşdırılıb. Kampaniya 12 oktyabr tarixində start götürüb. Siz də ön sifarişçilərdən olmaq istəyirsinizsə alamo13.com saytından ödəniş etməklə, kitabınızı sifariş edə bilərsiniz. Kitabı sifariş edənlər isə təqdimat gününə dəvət almaq şansı qazanacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər