OpenAI şirkəti növbəti 1 il ərzində iflasa uğraya bilər

OpenAI şirkəti növbəti 1 il ərzində iflasa uğraya bilər

Startup və Biznes
21.08.2023 PAYLAŞIM

    Bütün dünyada məşhur olan süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti maliyyə çətinlikləri ilə qarşılaşıb və o artıq 1 ildən sonra iflasa uğraya bilər. ChatGPT-nin fəaliyyətinin gündəlik dəstəklənməsinə təqribi olaraq 700 000$ vəsait sərf olunur. Hal hazırda isə OpenAI Microsoft tərəfindən əldə edilmiş 10 milyard dollar investisiya sayəsində fəaliyyət göstərir. GPT-4-ün monetizasiyasına baxmayaraq şirkət öz xərclərini tam olaraq qarşılaya bilmir.

    Bununla yanaşı çat-botun istifadəçi kütləsi də azalmağa başlayıb. Təkcə keçən ay iyun ayı ilə müqayisədə istifadəçi kütləsi 12% azalıb. Digər şirkətlərin yaratdıqları süni zəka əsaslı çat-botlar da istifadəçilərin ChatGPT-yə olan maraqlarını azaldırlar. NVIDIA şirkətinin süni zəka sistemləri üçün nəzərdə tutulmuş H100 adlı çipinin qıtlığı da şirkətə təsi göstərir. Belə ki, şirkət öz yeni süni zəka modellərinin təlimatlandırılması prosesində çətinliklərlə qarşılaşır. Vəsait itkiləri, aktiv istifadəçi sayının azalması, çat-botun performansının aşağı düşməsi və davamlı gəlir modelinin olmaması kimi faktorlar OpenAI şirkətinin yaxın 1 il ərzində iflasına səbəb ola bilərlər.




DAHA ÇOX


OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı i..


Amazon şirkəti OpenAI rəqibinə 4 milyard dollar investisiya yatırmağı hədəfləyib..

Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini e..


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..

×