OpenAI şirkətinə yeni CEO təyin edilib
Startup və Biznes
20.11.2023
Emil Nəcəfov
Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-su Sam Altman-ı işdən azad etdi. Onunla birlikdə şirkətin prezidenti Greg Brockman da şirkətdən ayrılmalı oldu. Nəticədə şirkətin müddətli CEO-su qismində Mira Murati çıxış etməyə başladı. Lakin daha sonra məlumat ortaya çıxdı ki, OpenAI şirkətinin direktorlar şurası Altman-ın geri qaytarılmasını müzakirə edir. Lakin görünür, bu, baş verməyəcək. Belə ki, OpenAI yeni müddətli CEO-nu təyin edib.
Söhbət, Twitch servisinin keçmiş rəhbəri Emmett Shear-dan gedir. Sam Altman-ın işdən azad edilməsindən sonra Microsoft da daxil olmaqla digər investorlar direktorlar şurasına təzyiq göstərməyə başladılar. Onlar Altman-ın geri qaytarılmasını və direktorlar şurasının istefaya göndərilməsini tələb edirdirlər. Görünür, Altman ilə direktorlar şurası arasında baş tutmuş danışıqlar heç bir nəticə verməyib. Mira Murati-nin isə Altman-la əlaqəli olduğunu nəzərə alsaq, onun CEO vəzifəsində qalması yolverilməz idi.
Buna görə də şirkət digər mütəxəssisin bu vəzifəyə təyin olunmasına qərar verdi. Bu isə məhz Emmett Shear oldu. Mütəxəssislərin fikirlərinə əsasən bu cür addım OpenAI investorlarının maraqlarına zidd olsa da, şirkətin direktorlar şurasını tamamilə qane edib. Emmett Shear öz növbəsində süni zəka texnologiyasının böyük risk mənbəyi olması fikrinə sahib insanlar siyahısındadır. Direktorlar şurasının nümayəndəsi və OpenAI şirkətinin həmtəsisçilərindən biri olan Ilya Sutskever şirkət əməkdaşlarına müraciətində bildirib ki, Sam Altman şirkətə geri qayıtmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
Bir neçə ay bundan öncə məlum oldu ki, Microsoft OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırıb.
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-u Sam Altman-ı vəzifəsindən azad etdi.
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
OpenAI şirkətinin direktorlar şurası şirkətin CEO-su Sam Altman-ı heç gözlənilmədən işdən azad edib.
ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb
ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb
OpenAI şirkəti ChatGPT Plus abunəliyinə yeni istifadəçilərin qeydiyyat prosesini müəyyən müddətlik dayandırıb.
OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
OpenAI şirkətinin CEO-su Sam Altman-ın sözlərinə əsasən şirkət GPT-5 adlı süni zəka modelinin hazırlanmasına start verib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!