Reklam
Oracle şirkəti də TikTok-un bizneslərinin alınması üzrə danışıqlar aparır

Oracle şirkəti də TikTok-un bizneslərinin alınması üzrə danışıqlar aparır

Startup və Biznes
18.08.2020 PAYLAŞIM

    Proqram təminatının yaradılması ilə məşğul olan Oracle şirkəti TikTok servisinin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı bizneslərinin əldə olunmasında maraqlıdır. Bu barədə Financial Times saytı xəbər verib. Məlumata əsasən Oracle şirkəti TikTok-da pay sahibi olan vençur şirkətlər ilə danışıqlar aparır. CNBC saytının məlumatına əsasən həmin vençur şirkətlər arasında General Atlantic Sequoia Capital var. Oracle və TikTok təmsilçiləri bu məsələyə fikir bildirməkdən imtina ediblər.

    Oracle şirkətinin iştirakı ilə olan danışıqlar artıq uzun müddətdir ki, aparılır və o, Microsoft ilə birlikdə bu məsələdə digər şirkətləri geridə qoyub. Qeyd etmək lazımdır ki, Oracle heç bir sosial şəbəkəyə və ya videoservisə sahib deyil. Şirkətə sadəcə olaraq TikTok istifadəçilərinin məlumatları maraqlı ola bilər. Belə ki, Oracle həmin məlumatlardan istifadə edərək öz marketinq məhsullarını yaxşılaşdıra bilər. Lakin bir mediaşirkətin alınması üçün 10-larla milyard dollar xərcləmək Oracle üçün böyük dəyişiklik ola bilər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×