main-post-cover

    Paralel internetin yaradılması üçün Blockstack adlı startap 52 milyon dollar investisiya aldı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.12.2017
    Farid Pardashunas
    ICO dünyasında öz ideyasını reallaşdırmaq üçün milyonlarla dollar yığmış yeni bir şirkət ortaya çıxdı.
    Blockstack adlı startap öz uğurlu ICO-nu keçirdib və yığılmış vəsait sayəsində paralel internet ideyasını reallaşdırmağı planlaşdırır. Paralel internet isə bizə tanış olan ənənəvi internetdən azad şəkildə fəaliyyət göstərəcək. Bu barədə Venturebeat saytı xəbər verib. Bu ideyanın əsas məğzi istifadəçilərə öz məlumatları üzərində idarəetməni verməkdən ibarətdir. Ənənəvi internetlə yanaşı inkişaf edəcək bu paralel şəbəkədə istifadəçinin bütün məlumatları yalnız ona məxsus olacaq və o özü həmin məlumatları idarə edəcək.
    Bu konsepsiyanın yaradıcılarının fikrincə bu cür qərar həm istifadəçilər, həmdə bu şəbəkədə tətbiq və saytların yaradıcıları üçün əlverişli olacaq. İstifadəçilər öz məlumatlarının qorunub saxlanmasında əmindirlər, sayt və tətbiq yaradıcıları isə istifadəçi məlumatlarının saxlanması qənaəti və gizlilik problemlərindən azad olurlar. İstifadəçi hesabları xüsusi API-lara sahib olacaqlar. Həmin API-lar vasitəsilə istifadəçi güvəndiyi tətbiq və ya sayt ilə öz məlumatlarını paylaşa biləcək.
    Bu cür konsepsiyanın inkişafı o deməkdir ki, Facebook ilə Instagram sizlərin məlumatlarını öz serverlərində saxlamazdılar. Bu cür ənənəvi məlumat saxlanması üsulları daha da azalmış olardı. Bunun yerinə istifadəçilər öz foto və ya digər məlumatlarını noutbooklarında, bulud servislərdə saxlaya bilərdilər. Tətbiqlər və saytlar isə həmin məlumatların özlərinə deyil, məlumatların göstəricilərinə sahib olardılar. Sözügedən şəbəkəyə xüsusi brauzer və mobil tətbiqlər vasitəsilə daxil olmaq olacaq. Nəticədə insanlar öz gizliliklərini özləri qorumuş olacaqlar.
    Tərtibatçılar isə hər bir ölkədə tətbiq olunan qanunvericilik xüsusiyyətləri ilə qarşılaşmayacaqlar. Layihənin yaradıcıları bildiriblər ki, bu şəbəkəyə Blockstack-ın xüsusi brauzerləri və ya tətbiqləri sayəsində daxil olmaq olar. Hal hazırda brauzeri işə salan hər bir şəxs üçün platformaya uyğun 8 tətbiq yaradılıb. Şirkətin vəsaitləri həmçinin yeni tərtibatçıların cəlb olunmasına xərclənir. Yaxın zaman ərzində şirkət öz ekosistemində GitHub, Twitter Slack-ın desentrəlizə olunmuş versiyalarını görəcəyinə ümid edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər