Logo
    main-post-cover

    Paris-də dünyanın ən böyük startap kampusu Station F fəaliyyətə başladı

    Startup və Biznes
    02.07.2017
    Emil

    Station F adlı kampus, təcrübəli və ya təcrübəsi olmayan sahibkarların dəstəyi üçün nəzərdə tutulub və o, dünyanın ən böyük startap kampusudur.

    Sözügedən kampus, keçmiş dəmiryolu deposunda yerləşir və onun rəhbərləri bildirirlər ki, bu kampusun qapıları hamı üçün açıqdır. Station F, 3.5 hektar əraziyə və 3000 işçi yerinə sahibdir. Burda 26 beynəlxalq proqramdan müxtəlif şirkətləri yerləşdirmək planlaşdırılır. Məhz buna görə kampus rəhbərliyi, yaşayış məhəlləsinin tikilməsi üçün Paris meriyası ilə danışıqlar aparır. Bütün bunlar böyük bir proqramın tərkib hissəsidir. Həmin proqram vasitəsilə isə Fransa öz daxilində innovasiyalı sahibkarları inkişaf etdirmək istəyir. Sözügedən layihə əsasən telekommunikasiya maqnatı və milyarder Xavier Niel tərəfindən maliyyələşdirilir. Belə ki, o bu layihəyə 250 milyon avro investisiya yatırıb. Kampus artıq 200-ə yaxın startapı qəbul edib. Kampusda, Fighters adlı pulsuz proqram da var. Bu proqram, potensialı və yaxşı ideyası olan, lakin onun reallaşdırılması üçün imkanı olmayan startapçılar üçün nəzərdə tutulub. Bu proqram əsasən imkansız, qaçqın və immiqrantlar üçündür. Onlar seçmələrdən keçib Station F ilə 1 illik pulsuz əməkdaşlıq imkanı qazana bilərlər. Bu proqramın şüarı isə belədir: “Əgər siz, Uber sürücüsü ola bilərsinizsə, deməli öz işinizi də qura bilərsiniz”.

    Paylaş
    Bənzər xəbərlər