Paris məhkəməsi Apple şirkətini 1 milyon avro dəyərində cərimələyib

Paris məhkəməsi Apple şirkətini 1 milyon avro dəyərində cərimələyib

Startup və Biznes
21.12.2022 PAYLAŞIM

    Paris məhkəməsi Apple şirkətini 1 milyon avro dəyərində cərimələyib. Səbəb isə şirkətin software bazarında rəqabət qanunlarını pozması ilə bağlıdır. Məlumata əsasən Apple şirkəti fransız tərtibatçıları özünün App Store platformasında məhdudlaşdırıb və onlara heç də sərf etməyən əməkdaşlıq şərtləri təklif edib. Paris məhkəməsinin bu qərarı daha çox nümayiş xarakteri daşıyır. Belə ki, təyin edilmiş cərimənin məbləği o qədər də böyük deyil. Bundan əlavə olaraq Parisin ədliyyə və nizamlayıcı orqanlarının qərarlarına baxmayaraq 2023-cü ilin birinci yarısında Digital Markets Act (DMA) qanunu qüvvəyə minəcək və bu qanun texnoloji şirkətlərdən öz siyasətlərində istənilən halda dəyişikliklərin edilməsini tələb edəcək.

    Təyin edilmiş cərimə məbləğinin böyük olmamasına baxmayaraq sözügedən proses onu göstərir ki, Apple şirkəti özünün App Store platforması üzərində idarəetməni itirməyə başlayıb. Apple təmsilçiləri qeyd ediblər ki, şirkət məhkəmə qərarını nəzərdən keçirdəcək. Avropa Birliyi tərəfindən DMA qanun layihəsinin qəbul edilməsindən sonra Apple kimi böyük texnoloji şirkətlər antimonopoliya üzrə nizamlayıcı orqanların diqqətlərini daha çox çəkməyə başlayıblar. DMA qanununun qüvvəyə minməsindən sonra texnoloji nəhənglər öz smartfonlarında kənar tətbiq mağazalarının çalışmasını təmin etməli olacaqlar. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək..


Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiy..

Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir..


İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələy..


SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstərici..


Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinc..


Meta 2018-ci ildə baş vermiş Cambridge Analytica qalmaqalı səbəbilə 725 milyon d..

2018-ci ildə məlum olmuşdu ki, Meta şirkəti (həmin vaxtda şirkət adı Facebook) siyasi konsaltinq sah..

×