Portmanat nədir? Biznes məqsədləriniz üçün necə istifadə oluna bilər?

29.11.2017 0 PAYLAŞIM 2259 OXUNMA

    Yəqin ki, bir çoxunuzun onlayn pul qabları haqqında məlumatı var. Elektron pul kisələri, rəqəmsal iqtisadiyyatda son illərdə məşhurlaşan və geniş istifadə olunan onlyan ödəmə metodlarından biri kimi qəbul edilir. Elektron pul kisələri, əsasən kredit və debet kartları olmayan istifadəçilər üçün onlayn ödənişləri həyata keçirməkdə ideal vasitədir. Nəzərə alsaq ki, Azərbaycanda kifayət qədər belə istifadəçi mövcuddur və bizim bazarda insanlar hələ indi plastik kartlarla ödəmə mədəniyyətini öyrənirlər.

     Portmanat - elektron pul qabı isə sırf onlayn ödənişləri daha rahat və təhüləksiz şəkildə həyata keçirmək üçün yaradılmış bir “Fintech” (Fintech - Maliyyə texnologiyaları sahəsində həllər) layihəsidir. Artıq bir neçə ildir fəaliyyət göstərən və kifayət qədər istifadəçisi olan bu şirkət fərdi və biznes məqsədləri üçün bir çox həllər təklif edir. Məhz, bu məqaləmizdə də Portmanat-ın təklif etdiyi maliyyə həllərini analiz edəcəyik. Yəni, həm fərdi həm də biznes sferasında Portmanat-ın xidmətlərindən necə istifadə etmək olar? Bundan əvvəki məqaləmizdə sizlərə Portmanatın fərdi məqsədlər üçün istifadəsi haqqında məlumat vermişdik. Yerləşdirdiyimiz link vasitəsilə həmin məqalə ilə tanış ola bilərsiniz.

Portmanat Bizneslər üçün

    Əsasən startaplar və internet biznesə malik olan şəxslər üçün Portmanat, 3 seçimdə ödəmə həllini təklif edir. Hal hazırda ölkəmizdə öz saytına ödəmə sistemi inteqrasiya etməklə, müştərilərdən ödəniş qəbul etməyin nə dərəcədə çətin və uzun proses olduğunu bu işlə maraqlananlar yaxşı bilir. Lakin, Portmanat bu problemi sadə yolla həll edərək, istifadəçilərinə açıq API təqdim edə bilir. Qısacası, əgər sizin hər hansı bir internet biznesiniz varsa və onlayn olaraq ödəniş qəbul etmək istəyirsinizsə, Portmanatın təqdim etdiyi 3 xidmətin birindən yararlana bilərsiniz.

1. Portmanat Account - “Mobile Payment Systems” məhsulu olan Portmanatın API-larını ödəmə səhifənizə yerləşdirərək, bütün ödənişləri qəbul edə bilərsiniz. 1-ci metodla siz ancaq iki xidmətdən istifadə edə bilirsiniz: Portmanat hesablarından ödəniş qəbul etməkbirdəfəlik portmanat kodları ilə ödəniş qəbul etmək. Belə olan halda qəbul edilən vəsaitlər portmanat hesabınıza daxil olur. Vəsaiti nəğdləşdirmək üçün isə hesabınıza bağlı olan kartdan istifadə edə bilərsiniz. Bu xidmətdən istifadə etmək üçün buradan qeydiyyatdan keçə və API-lar ilə tanış ola bilərsiniz.

2. Portmanat Card – Bu ödəmə metodundan istifadə etməklə siz plastik kartlarla ödənişlər qəbul edə bilərsiniz. API-lar saytda açıq olaraq yerləşdirilib. Sadəcə qeydiyyatdan keçməklə və sənədləşməni həyata keçirməklə, onlayn olaraq plastik kartlar vasitəsilə ödənişlər qəbul etmək mümkündür. Qəbul etdiyiniz ödənişlər isə sizin şəxsi hesabınıza köçürülür. Bu əməliyyat tərəfdaş bankın təklif etdiyi həll vasitəsilə həyata keçirilir. Həm Portmanat hesabı həm də kart vasitəsilə edilən ödəniş xidmətlərinə qoşulmaq üçün heç bir qoşulma xərciillik xidmət haqqı tələb olunmur. Sadəcə hər ödəniş üçün müəyyən faiz sizə ödənən məbləğdən tutulur.

3. Portmanat Bitcoin – Bu ödəniş sistemini saytınıza inteqrasiya etməklə, sizin kripto valyuta ilə ödəniş qəbul etməyiniz mümkün olur. Hal hazırda test mərhələsində olan bu xidmətin, tezliklə hər kəsin istifadəsinə açılması planlanır. Ətraflı məlumat üçün Portmantın rəsmi saytını ziyarət edə bilərsiniz. Əlavə olaraq Portmanatın mobil əlavələrini telefonunuza yükləməklə əməliyyatları sürətli bir şəklidə həyata keçirə bilərsiniz. Mobil əlavələri həm iOS həm də Android platformaları üçün yerləşdirilmiş linklər vasitəsilə yükləyə bilərsiniz.

Ətraflı məlumat üçün Portmantın rəsmi saytını ziyarət edə bilərsiniz.

Əlavə olaraq Portmanatın mobil əlavələrini telefonunuza yükləməklə əməliyyatları sürətli bir şəklidə həyata keçirə bilərsiniz. Mobil əlavələri həm iOS həm də Android platformaları üçün yerləşdirilmiş linklər vasitəsilə yükləyə bilərsiniz.