Logo
    main-post-cover

    Portuqaliyada ChatGPT şirkət rəhbəri təyin edilib və o, 1 həftəyə şirkəti gəlirli edib

        ChatGPT-nin İtaliyada məhdudlaşdırıldığı bir vaxtda Portuqaliyada çat-bot şirkətlərdən birinin rəhbəri təyin edilib. Nəticədə çat-bot, rəhbəri olduğu startapı effektiv şəkildə idarə və onu 1 həftə ərzində gəlirli etməyi bacarıb. Joao F. Santos adlı portuqaliyalı şəxs startap təsis edərək ChatGPT-ni rəhbər təyin edib. Santos özü isə süni zəka əsaslı çat-botun köməkçisi rolunda çıxış edib. Bununla yanaşı Santos gündə 1 saat ərzində startapa zaman ayrıraq ChatGPT-nin, startapın biznesi ilə bağlı bütün təlimatlarını yerinə yetirib. O hətta startapa zərər verə biləcək təlimatları da yerinə yetirib. ChatGPT ona 3 fəaliyyət istiqamətini təklif edib.
        Santos öz növbəsində xidmət sahəsində fəaliyyət göstərmək istəmədiyi üçün nəticədə süni zəka sistemi tərəfindən tərtib edilmiş fotolara sahib köynəklərin satışını reallaşdırmaq qərarı verilib. Söhbət, Midjourney adlı neyron şəbəkəsi vastəsilə tərtib edilən fotolardan gedir. Santos-un ChatGPT-nin köməkliyi ilə təsis etmiş olduğu şirkətə AIsthetic Apparel adı verilib. Şirkət adı da çat-bot tərəfindən təklif edilib. Şirkətin loqosu isə Midjourney vasitəsilə tərtib edilib. Növbəti mərhələdə çat-bot şirkətin 10 bənddən ibarət biznes planını hazırlayıb. ChatGPT Santos-a internet mağaza yaratmağı və Printfull adlı şirkət ilə əməkdaşlıq etməyi məsləhət görüb. Midjourney vasitəsilə tərtib edilmiş fotoların köynəklərin üzərinə dərc edilməsi ilə məhz sözügedən şirkət məşğul olmalı idi.
        Onu da qeyd etmək lazımdır ki, Midjourney-də fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş mətn formatlı təsvirlər də ChatGPT tərəfindən təqdim edilib. Daha sonra çat-bot Santos-a investor axtarmağı tapşırıb. Nəticədə Santos öz startapına bir neçə investoru tapıb. Tapılmş investorlar Santos-un layihəsinə 2500$ investisiya yatırıblar. Startap tərəfindən hazırlanan bir köynəyin qiyməti 35$ təşkil edir. Nəticədə 5 gün ərzində şirkət 10 000 avrodan bir qədər çox vəsait qazanıb. 4000 avro dəyərindəki xərclərin çıxılmasından sonra şirkət 7000 avro təmiz gəlir qazanıb. Əgər köynəklərin satış tempi olduğu kimi qalsa, şirkətin gəliri ilin sonuna kimi 40 000 avro təşkil edəcək. ChatGPT özü sözügedən startapın bazar dəyərini 4 milyon avro qiymətləndirib.
    Paylaş
    Bənzər xəbərlər