main-post-cover

    'Qızıl Bayt' yarışında 3 nominasiyada həmyerlilərimiz gümüş mükafatı qazandı

    20.05.2018
    Farid Pardashunas
        Ukraynanın Kiyev şəhərində baş tutan qlobal startap yarışı olan "Qızıl Byte"ın bugün final mərhələsi baş tutub. Xəbər verdiyimiz kimi, artıq dünən komandalar öz təqdimatlarını münsiflər heyyəti önündə həyata keçirmişdilər. 2 ildir Azərbaycanın da təmsil olunduğu bu yarışda ölkəmizi 7 nominasiya üzrə həmyerlilərimiz təmsil edirdi. Regional finalın qalibi olan 7 komanda final yarışı üçün Kiyevə səfər etmişdilər. 
        Bugün günorta saatlarında baş tutan mükafatlandırma mərasimində 3 nominasiya üzrə Azərbaycan da qalib gələn ölkələr siyahısında oldu.
    "Mobile development" nominasiyası üzrə Turxan Bədəlovun "Wi-fi file manager" layihəsi 2 -ci yer.
    "Web Project" nominasiyası üzrə Emil İsmayılzadənin "Taskie" layihəsi 2 -ci yer.
    "Character Design" nominasiyası üzrə Sevinc Əzimovanın "EVA" layihəsi 2 -ci yer.
        Əlavə olaraq qeyd edək ki, "Wand" layihəsinin müəllifi Anar Əliyev isə xüsusi sertifikat ilə fərqlənənlər arasında olub. Beləliklə, keçən il ilə müqaisədə daha az məhsuldarlığın olmasına baxmayaraq, təmsilçilərimiz vətənə 3 gümüş mükafatla qayıtmağı bacardı. Yarışın 20.000 dollarlıq mükafat fondu isə qaliblər arasında bölünüb.
        Qeyd etmək yerinə düşər ki, "Golden Byte" beynəlxalq IT yarışı hər il Step IT Akademiyasının təşkilatçılığı ilə Ukraynada baş tutur. Hər il 10.000 -dən çox gəncin iştirak etdiyi beynəlxalq IT çempionatı “Qızıl Bayt” artıq 10-cu dəfədir təşkil olunur. Bu dəfəki iştirakı ilə Azərbaycan artıq sayca ikinci dəfə bu yarışda təmsil olundu. AzerTelecom Bakcell Applab inkubasiya mərkəzi isə yarışın əsas lokal tərəfdaşları idi.
    Linki kopyala