Qualcomm bazarın ən böyük mobil prosessor istehsalçısı adından məhrum olub

Qualcomm bazarın ən böyük mobil prosessor istehsalçısı adından məhrum olub

Startup və Biznes
25.12.2020 PAYLAŞIM

    Counterpoint analitik şirkəti 2020-ci ildə mobil prosessorların satış həcmlərinə həsr edilmiş yeni hesabatı təqdim edib. Bu ilin üçüncü rüb üzrə nəticələri gözlənilməz olub. Belə ki, bu reytinqin birinci pilləsində uzun illərdir liderliyini qoruyan Qualcomm şirkəti öz rəqiblərindən biri tərəfindən ikinci pilləyə endirilib. Bu barədə 4pda saytı xəbər verib. Counterpoint-in məlumatlarına əsasən bu ilin sentyabr ayının sonuna olan statistika üzrə bütün dünyada ümumilikdə 100 milyondan çox smartfon satılıb və onların çox hissəsi (31%) MediaTek prosessorları ilə təchiz olunub. Satılmış smartfonların 29%-i isə Qualcomm prosessorları ilə təchiz olunub. Maraqlısı ondadır ki, 1 il bundan öncə eyni dövr üzrə statistikaya əsasən Qualcomm-un payına 31%, MediaTek-in payına isə 26% düşmüşdü.


    HiSilicon, Apple Samsung şirkətlərinin hər biri isə bu ilki hesabat dövrünü 12%-lik nəticə ilə yekunlaşdırıblar. Analitiklərin hesabatlarına əsasən MediaTek şirkətinin bu cür yüksək nəticə əldə etməsinin əsas səbəblərindən biri də Çində və Hndistanda 100$-250$ qiymət göstəricisinə sahib smartfonların yüksək satışları olub. Həmin smartfonların əksəriyyəti MediaTek prosessorlarına sahibdir. Bundan əlavə olaraq Xiaomi şirkətinin smartfon seriyaları arasında MediaTek prosessoruna sahib modellərin sayı da artıb. Bununla yanaşı analitiklər bir vacib faktı da qeyd ediblər. Belə ki, büdcəli 5G smartfonlar məhz MediaTek prosessorları ilə satışa çıxırlar. Buna baxmayaraq bu ilin üçüncü rübündə satılmış smartfonların yanız 17%-i 5G dəstəyinə sahibdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..


Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər.


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.

×