main-post-cover

    Rəsmi: Huawei şirkəti özünün Honor brendini satıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    17.11.2020
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti özünün Honor brendini ABŞ sanksiyalarından qorumaq üçün onu satmağı planlaşdırır. İndi isə bu məlumat rəsmi olaraq təsdiqlənib. Belə ki, Huawei şirkətinin Honor brendini tərkibində Çindən 40 şirkətin olduğu böyük konsorsium alıb. Bu brədə XDA-Developers saytı xəbər verib. Çindən olan kütləvi  informasiya vasitələrinin verdikləri məlumata əsasən brendin satışından sonra Huawei şirkəti bu brendin biznesindən tamamilə çıxacaq və hətta onun minoritar səhm paketini də əldə etməyəcək.
        Honor brendinin konsorsium tərəfindən alınması üçün Shenzhen Zhixin New Information Technology adlı ayrıca şirkət də yaradılıb. Bu cür addımı atmaqla Huawei şirkəti Honor brendini ABŞ sanksiyalarından tamamilə azad etməyi planlaşdırır. Belə ki, hüquqi cəhətdən Honor brendi 40 şirkətə məxsus olacaq. Jurnalistlər bu cür addımı “brendin xilası üçün investisiya” adlandırıblar. Bununla yanaşı Honor brendini əldə edəcək konsorsium brendin sahib olduğu imkanlar və güclər əsasında öz tədqiqatlarını aparmaq imkanına əldə edəcək.
        Mütəxəssislərin hesablamalarına əsasən Honor brendində 7000 nəfər insan çalışır. Lakin brendin rəhbərliyinin dəyişməsi onun işinə təsir göstərməyəcək. Güman olunur ki, konsorsium Honor brendini 15.2 milyard dollara əldə edəcək. Konsorsium növbəti 3 il ərzində brendin birjaya çıxarılmasını planlaşdırır. Huawei şirkətinə gəldikdə isə gözləntilərə əsasən Honor brendinin satılmasından sonra o öz smartfonlarının istehsalına diqqət ayıracaq. 
    Linki kopyala