
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
Startup və Biznes
22.11.2023
Emil
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, direktorlar şurası ilə Sam Altman arasında razılıq əldə edilib. Nəticədə Altman keçən həftənin sonunda azad edildiyi CEO vəzifəsinə geri qayıdacaq. Altman-la birlikdə şirkətin prezidenti vəzifəsinə Greg Brockman da geri qayıdacaq. Bununla yanaşı OpenAI daxilindəki direktorlar şurasının tərkibi də dəyişəcək. Yeni direktorlar şurasına Salesforce şirkətinin keçmiş CEO-su Bret Taylor, ABŞ-ın keçmiş maliyyə naziri Larry Summers və Quora servisinin CEO-su Adam D’Angelo daxil olacaqlar. “Biz Sam Altman-ın şirkətə geri qayıtması ilə bağlı ümumi razılığa gəldik. Biz hal hazırda bu məsələnin detallarını qaydasına qoymaqla məşğuluq. Səbriniz üçün çox sağolun” - deyə şirkətin bəyanatında qeyd edilib.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
