main-post-cover

    Samsung-u indiki vəziyyətə gətirmiş şəxs: Samsung rəhbəri Lee Kun-hee 78 yaşında vəfat edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.10.2020
    Emil Nəcəfov
        Dünən Samsung şirkətinin rəhbəri Lee Kun-hee 78 yaşında vəfat edib. Bu barədə Bloomberg saytı xəbər verib. 90-cı illərin sonunda məşhur sahibkar xərçəng xəstəliyindən müalicə almışdı. 2014-cü ildə isə keçirtmiş olduğu ürək tutması səbəbilə komaya düşmüşdü. Buna görə də son bir neçə il ərzində Samsung şirkətinin idarəsi ilə onun oğlu Lee Jae-yong məşğul olurdu. Qeyd etmək lazımdır ki, Lee Kun-hee 1987-ci ildə atasının vəfatından sonra Samsung şirkətinin başına keçmişdi. Məlumata əsasən onun sərvəti 20.7 milyard dollar təşkil edir. Bu cür göstərici ilə o, Cənubi Koreyanın ən varlı şəxsi idi.
        2005-ci ildə Time jurnalı onu dünyanın 100 ən nüfuzlu şəxsindən biri hesab etmişdi. Keçən əsrin 90-cı illərində Samsung şirkəti ucuz elektronika məhsullarının istehsalçısı kimi tanınırdı. Məhz buna görə Lee Kun-hee şirkət daxilində böyük dəyişikliklər aparmağa başlamışdı. O, şirkət rəhbərliyini Almaniyada yığaraq şirkəti ikinci dərəcəli televizor istehsalçısından bazar liderinə çevirməyi planlaşdırırdı. Şirkətin əsas məqsədi hətta satışların aşağı düşməsi bahasına da keyfiyyətli məhsulların istehsalı idi. Bununla yanaşı şirkət müxtəlif biznes istiqamətlərinin aqressiv inkişafını özünə hədəf qoymuşdu.
        Buna misal olaraq yarımkeçiricilər ilə smartfonların istehsalını gətirmək olar. 2006-cı ildə Samsung şirkəti Sony-ni geridə qoyaraq yastı ekranlı televizorlar bazarında lider şirkətə çevrilmişdi. Həmin ildə onun bazar dəyəri 100 milyard dolları keçmişdi. 2010-cu ildə isə şirkət Galaxy smartfon seriyasının ilk versiyasını satışa çıxartmışdı. Artıq 2011-ci ildə o, Apple şirkətini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı statusunu əldə etmişdi. 2008-ci ildə Lee Kun-hee şirkətdən ayrılmalı olmuşdu. Belə ki, o, vergilərin ödənməməsi üzrə günahlandırılaraq azadlıqdan məhrum olunmuşdu. 2010-cu ildə məhkəmənin bu qərarı ləğv edilmiş və Lee Kun-hee şirkətin başına geri qayıtmışdı. 
    Linki kopyala