
'Samsung', Yunanıstanda fəaliyyət göstərən Innoetics adlı startapı, 50 milyon dollara aldı
Startup və Biznes
11.07.2017
Emil
“Samsung” şirkəti gələcəkdə özünün səsli xidmət texnologiyasının potensialından tam istifadə etmək üçün bu sahədə fəaliyyətə olan startapı aldı.
Belə ki, şirkət, Yunanıstanda fəaliyyət göstərən Innoetics
adlı startapı aldı. Sözügedən startap, mətni və səsi nitqə çevirə bilən
texnologiya yaradıb. Innoetics yalnız B2B servislərdə çalışırdı. İndi isə
startapın saytında B2B sahəsində işə son qoyulduğu barədə məlumat var. Hələ məlum
deyil ki, “Samsung” bu texnologiya ilə nə edəcək. Lakin məlumatlara əsasən həmin
texnologiya məişət xidmətləri üçün əla yarayır. Məsələn, yeni texnologiyanı
Bixby səsli assistanta inteqrasiya etmək mümkün hal kimi görünür. Keçən həftə tərəflər
arasında bağlanmış müqavilənin təfərrüatları bilinməsə də məlumatlara əsasən “Samsung”
sözügedən startapı 50 milyon dollara alıb. Qeyd etmək lazımdır ki, “Samsung” tərəfindən
alınma məsələsi ilə danışıqlardan öncə əslində şirkət ilə əməkdaşlıq
planlaşdırılırdı. Lakin sonradan nəticə etibarilə “Samsung”, sözügedən startapı aldı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
