main-post-cover

    Saytında 'Penis' sözü yazmış startap 6 milyon dollar ilə yoxa çıxdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.01.2018
    Emil Nəcəfov
    Reddit saytının isitfadəçiləri aşkar ediblər ki, tərəvəzlərin nişanlanması sistemini yaradan Prodeum adlı startapın saytındakı məlumatlar yox olub.
        Hal hazırda onun saytında yalnız bir söz əks olunur. Bundan öncə isə 8 gün ərzində keçirilmiş ICO vasitəsilə Prodeum 6 milyon dollar qazanmışdı. Sözügedən layihə tərəvəz və meyvələrin yeni nişanlanma sistemini yaradırdı. Həmin nişanlanma sistemi sayəsində alıcı məhsulun mənşəyini və yetişdirilmə şəraitini öyrənə bilərdi.

        Prodeum-un tokenləri 20 Yanvar tarixində satışa çıxdı. ICO-nun sona çatdırılması isə 13 Fevral tarixinə planlaşdırılırdı. TokenDesk saytının məlumatına əsasən 8 gün ərzində layihə ICO vasitəsilə 6 milyon dollar vəsait yığmışdı. Məlumata əsasən Prodeum-un saytındakı bütün məlumatlar 28-29 Yanvar tarixlərində yoxa çıxdı. Məlumatların yerinə saytın ana səhifəsində “Penis” sözü əks olunub. Bütün bunların nə məna kəsb etdiyini anlamaq çətin məsələdir.

    Linki kopyala