main-post-cover

    Sıfırdan zirvəyə çıxan 6 ilham verici təşəbbüskar

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    12.07.2017
    Orxan Jafarli
    Dünyadakı müvəffəqiyyətli təşəbbüskarlardan bəziləri, özlərini küçələrdən Forbes siyahısının ən təpəsinə çıxarmağı bacarmışlar. Belə bir müvəffəqiyyətə çatmağın hər keçən gün çətinləşdiyini  sübut edən statistikalara baxmayaraq, bu 6 möhtəşəm hekayə bizə həyatdakı ən böyük çətinlikləri  keçmək, və özümüz üçün daha yaxşısını yaratmanın mümkün olduğunu göstərməkdədir!
    Cirque de Soleil

    Kanada doğulan Guy Laliberte, sirk karyerasına küçə çalğıçılığı edərək, akordiyon çalaraq, ipin üzərində kəndirbazlıq edərək və atəş udaraq başlamışdır. 1987-ci ildə Los Angeles İncəsənət Festivalına Quebec-dən müvəffəqiyyətli bir rəqsçi qrupunu dönüş bileti belə almadan gətirərək riskli bir cəhd etmişdi. Şansı gətirən və sirk qrupunu Las Vegasa gətirərək bu gün tanıdığımız dünya tərəfindən məşhur Cirque de Soleil-i yaratmağı bacarmışdır. Eyni zamanda professional poker oyunucusu və kosmos turisti olan Laliberte, bu gün 2.5 milyard dollarlıq sərvətiylə Cirque du Soleil-in CEO-luğunu etməkdədir.
    Howard-Schultz

    Howard Schultz, Brooklyn-dəki CANARSIE BAYVIEW ictimai layihəsində böyümüşdür. Hər zaman, yük maşını şoferi olan atasının ona təqdim etdiyi həyat tərzinin kənarına keçmək istəmişdir. Bütün yoxluğa və yoxsulluğa baxmayaraq, idman sahəsində Northern Michigan Universitetindən futbol təqaüdü qazanmışdır. Əlaqə sahəsində lisenziya təhsilini tamamladıqdan sonra, Xerox-ta işə başlamışdır. O zaman kiçik bir qəhvə mağazası olan Starbucks qəhvəsiylə sehrlənən Schultz, 1987-ci ildə Xeroxu buraxıb Starbucks hissələrini satın alıb şirkətin CEO-su olmuşdur. 60 qəhvə dükkanıyla başlayan zəncirin bu gün dünyada 20.891 dükanı vardır. Schultz, bu müvəffəqiyyətli zəncirlə bu gün 2.1 milyard dollarlıq sərvətin sahibidir. Özü bir müddət iş həyatına ara verdikdən sonra Starbucks enişdən xilas etmək üçün yenidən CEO vəzifəsinə gəlmişdir.
    Leonardo-Del-Vecchio

    Leanardo Del Vecchio, dul anası tərəfindən maliyyə olaraq dəstəklənməyən beş qardaşdan biridir. Yetimxanada  böyümək məcburiyyətində qaldıqdan sonra, bir fabrikdə işçi olaraq avtomobil parçası və eynək çərçivəsi qəlibləri hazırlamağa başlamış və burada barmağının bir parçasını itirmişdir. 23 yaşında, eynək çərçivəsi qəlibi hazırladığı öz mağazasını açmışdır. İllər sonra bu kiçik mağaza, dünyanın ən böyük günəş eynəyi və nömrəli eynək istehsalçısı halına gəlmişdir. Luxottica adını verdiyi şirkət, Ray-Ban və Oakley eynək markalarının istehsalçısıdır və Sunglass Hut ilə LensCrafters kimi ümumi 6.000 pərakəndə satış mağazasının sahibidir. Del Vecchio-nun təxmini sərvəti 10 milyard dolların üzərindədir.
    Ingvar-Kamprad 

    Ingvar Kamprad ferma həyatı yaşayaraq böyümüşdür ancaq içində həmişə bir sahibkarlıq ruhu vardı. Kiçik yaşlarda Stokholmda topdan aldığı kibriti qonşularına satmağa başlamışdır. Daha sonra işləri bir az daha böyüdərək balıq, Milad dekorasiyası və qələm satmışdır. Kiçik işlər onu təmin etməyincə, dərslərindən aldığı yaxşı nəticələrə qarşılıq atasından pul alıb bir poçt sifariş işi qurmuşdur. Daha sonra bu təşəbbüsü dünyanın ən böyük mebel mağazasına çevrilib. IKEA adı, Ingvar Kampradın baş hərfləri yaradılmış, böyüdüyü ferma (Elmtaryd) və qəsəbənin (Agunnaryd) baş hərfləri də marka adını tamamlamışdır. Zaman içində mebel şirkətin ən çox satan məhsulu halına gəlmişdir və Kampradın razılaşdığı yerli imalatçılar qiymətlərin aşağı qalmasını təmin etmişdir. Bir zamanlar dünyanın ən zənginləri arasında olan Kampradın sərvəti bu gün 6 milyard dollardır.
    Sam Walton və Wal-Mart

    Walton-ın ailəsi böyük böhran dövründə Oklahomada bir fermada yaşamışdır. Walton, ailəsinə maliyyə olaraq dəstək olmaq məqsədiylə inək südü sağıb müştərilərə çatdırılmasına köməlik edirmiş. Eyni zamanda qəzet paylaması edərək bir tərəfdən də jurnal üzvlükləri satmışdır. Missouri Universiteti İqtisadiyyat hissəsindən məzun olduqdan sonra ucuz ev məhsulları satan bir mağaza idarə etməyə başlayan Walton, ordudan aldığı 5 min dollar və qaynatasından borc olaraq aldığı 20 min dollar ilə Arkansasda Ben frankin adında bir mağazanı satın almışdır. Bu dükanı bir zəncir halına gətirib sonunda Wal-Mart və Sam-S Club-ı qurmuşdur. 1992-ci ildə vəfat edən Walton, şirkəti arvadı və uşaqlarına buraxmışdır.
    Oprah Winfrey

    Oprah, həyatının ilk altı ilini nənəsinin yanında yaşayaraq və kartof çuvallarından hazırlanmış paltarlar geyərək keçirmişdir. Iki ailə üzvü və ailə dostu tərəfindən təcavüzə uğrayan Oprah, 13 yaşında evdən qaçıb. Yaşamaq üçün anasının yanına gedən Oprah-ı anası atasının yanına göndərmişdir və Oprah-ın həyatı tamamilə dəyişmişdir. Tam təqaüdlü olaraq universitetə girən Oprah, bir gözəllik yarışmasında birinci olmuşdur və bir radio stansiyası tərəfindən kəşf edilmişdir. Bir müddət sonra The Oprah Winfrey show adı ilə Amerikanın ən çox izlənən talk show proqramının yaradıcısı olmuşdur. Forbes-a göre Oprah-ın sərvəti təxminən 2.7 milyard dollar dəyərindədir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər