Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıqda maraqlı deyil

Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıqda maraqlı deyil

Startup və Biznes
27.11.2020 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə etmişdi. Lakin Huawei şirkətinin rəhbərliyi bildirib ki, hazırki vaxtda o, Snapdragon prosessorlarının istifadəsində maraqlı deyil. Bu barədə Gizchina saytı xəbər verib. Huawei şirkətinin biznes üçün bulud servislər şöbəsinin prezidenti Zhang Pingan bildirib ki, Huawei rəhbərliyi Qualcomm şirkətinin bu məsələni nizamlaması cəhdlərini görür.

    O əlavə edib ki, lazımi variant ortaya çıxarsa, Huawei şirkəti Qualcomm-dan prosessor alınması məsələsini nəzərdən keçirdəcək. Bununla yanaşı Huawei şirkətinin partnyorlarından birinin sözlərinə əsasən hal hazırda şirkət tərəfindən müxtəlif 4G cihazlara olan sifariş həcmi artır. Qeyd etmək lazımdır ki, Qualcomm, AMD, Sony Intel şirkətləri Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə ediblər və bu şirkəltər Huawei üçün lazımi təchizatı istehsal edə bilərlər.


    Lakin Qualcomm ilə bağlı məsələdə bir vacib nüans var. Belə ki, ABŞ sanksiyalarına əsasən Qualcomm şirkəti Huawei üçün yalnız 4G dəstəkli prosessorları istehsal edə bilər. Bu isə öz növbəsində Qualcomm ilə əməkdaşlıq məsələsini Huawei üçün o qədər də böyük maraq kəsb etmir. Huawei əksinə 5G dəstəkli platformaların istehsalat miqyasının genişləndirilməsinə diqqətini ayırmaq istəyir. ABŞ sanksiyaları səbəbilə Huawei artıq özünün Kirin prosessorlarından imtina etməli olub. Bu isə şirkətin flaqman smartfonları üçün Kirin 9000 prosessorunun çatışmazlığına səbəb ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple istehsal olunmuş smartfonların sayı üzrə yeni rekorda imza atıb

Digər şirkətlər yekun 2020-ci il üzrə gəlir itkilərini hesabladıqları bir vaxtda Apple dünyanın ən b..


Konsaltinq şirkəti dünyanın ən bahalı IT şirkətinin adını açıqlayıb

Biznesin dəyərləndirilməsi üzrə fəaliyyət göstərən Brand Finance adlı konsaltinq şirkəti bir çox böy..


Huawei-dən sonra yeni dövr: Honor artıq Intel, Qualcomm və s. kimi şirkətlər ilə..

Honor şirkətinin CEO-su yeni Honor V40 adlı flaqman smartfon modelinin təqdimatı çərçivəsində şirkət..


LG-nin mobil biznesinin potensial alıcısı barədə məlumat ortaya çıxıb

Bir neçə gün bundan öncə LG Electronics-in CEO-su Kwon Bong-Seok bildirmişdi ki, şirkət mobil biznes..


LG şirkəti bu il öz mobil biznesini sata və ya onun strukturunda dəyişikliklər e..

LG şirkəti öz mobil biznesi ilə bağlı problemin aradan qaldırılması üçün mümkün həlləri axtarır...


Telegram-ın App Store-da bloklanması tələbi səbəbilə Apple şirkəti məhkəməyə ver..

ABŞ-ın Coalition for a Safer Web adlı qeyri kommersiya təşkilatı Apple şirkətini məhkəməyə verib...

×