“Social Innovation Lab” rəsmi təşkilatçılığı ilə dünyanın ən geniş “cleantech” proqramı

“Social Innovation Lab” rəsmi təşkilatçılığı ilə dünyanın ən geniş “cleantech” proqramı

07.08.2017 PAYLAŞIM

“Social Innovation Lab” ötən şənbə günü, 5 Avqust tarixində ilin  startap hadisəsi olan, dünyanın ən geniş “cleantech” müsabiqəsi "ClimateLaunchpad"-in ölkə finalını keçirib və ölkəmizi Dünya Finalında təmsil edəcək 3 qalib startapı müəyyənləşdirib. Azərbaycanın ilk dəfə qoşulduğu “ClimateLaunchpad” müsabiqəsində iştirak edən 13 startap  komandası ölkə finalında qalib olmaq uğrunda mübarizə aparıblar. Qalib olan 3 komanda ölkəmizi 17-18 oktyabr  2017-ci ildə Kiprın Limasol şəhərində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar. 

Dünyada artıq 4-cü dəfədir həyata keçirilən “ClimateLaunchpad” proqramını, ölkəmizdə startap ekosistemini təkmilləşdirmək məqsədilə “ClimateLaunchpad” rəsmi tərəfdaşı “Social Innovation Lab” həyata keçirmişdir. “Social Innovation Lab”-in bu proqramın həyata keçirilməsində “qızıl sponsoru” AMEA Yüksək Texnologiyalar Parkı, “bürünc sponsoru” Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir. Müsabiqədə iştirak edən komandalar  təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırıb və vacib biznes biliklərini layihələri üzərində tətbiq ediblər. 


Müsabiqə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən yarışmada bu il dünyanın 37 ölkəsi iştirak edir.

“ClimateLaunchpad” 2017 proqramının Azərbaycan Finalının qalibləri:

Birinci yer: Co2atalyser - https://co2atalyser.com

İkinci yer: EMWAES 

Üçüncü yer: Sh2ower - www.sh2ower.com

“Audience Favorite Startup” – İzləyicilərin Favorit Startapı nominasiyası üzrə iki 14 yaşlı gəncin “Rainergy” adlı layihəsi qalib olub. Bundan əlavə layihə çərçivəsində aylardır göstərdiyi əvəzsiz dəstəyə görə Leyla Tağızadə “Social Innovation Lab” tərəfindən “Woman Philanthropist of the Year Award 2017” mükafatı ilə təltif edilib.

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Azərbaycanı 13 startap komandasından finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edəcək.  Dünya finalında 1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Akselerator proqramında hər bir layihəyə üç mərhələdə  95,000 avro maliyyə dəstəyi verilir. İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq  platforma “Climate-KIC” proqramı 2010-cu ildə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb.

Proqramın rəsmi tərəfdaşları “SUP Accelerator”, “NEXT STEP Innovation Center”, Bakı Mühəndislik Universiteti, “BEU Technopark”, “Global Startup Hub”, “Edumap.az” və “Technote” qurumlarıdır.

“ClimateLaunchpad” haqqında video və şəkilləri “Social Innovation Lab”-in rəsmi facebook səhifəsindən izləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×