
"Softbank Group"un yaratdığı fond, 93 milyard dollar investisiya aldı
Startup və Biznes
22.05.2017
Emil
“Softbank” tərəfindən yaradılmış investisiya fondu, 93 milyard dollar investisiya cəlb edib.
Əldə olunmuş vəsait, süni zəka və robotexnika layihələrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Beləliklə bu cür rekord göstəricidə
əldə olunmuş investisiya sayəsində o, dünyanın ən böyük fondu oldu. Qeyd etmək
lazımdır ki, dünyanın ən böyük birbaşa investisiya fondu Yaponiyanın “Softbank
Group”u və Səudiyyə Ərəbistan fondu tərəfindən dəstəklənir. “Softbank” düşünür
ki, informasiya təkamülü davam edir və yeni texnoloji müəssisələrin yaradılması
üçün irimiqyaslı investisiyalar lazımdır. Yeni fondun investorları siyahısında “Abu
Dhabi Mubadala Investment”, “Apple”, “Qualcomm”, “Foxconn” və “Sharp Corp” kimi
şirkətlər var. Fond, 100 milyon dəyərində uzunmüddətli investisiya yatırımları əldə
edəcəyinə ümid edir. Həmçinin o, mobil kompüter, əlaqə infrastrukturu,
hesablayıcı biologiya, istehlakçı interneti müəssələrinə və maliyyə
texnologiyalarına investisiya yatıracaq. Bir çox ölkələr texnologiyanın
inkişafına maksimal şəkildə investisiya yatırmağa çalışır. Məsələn, bu il
Çin, mikrosxemlər istehsal edən yeni zavoda 30 milyard dollar investisiya
yatırmağı planlaşdırır. İngiltərə, süni zəka və robotexnika sahəsinin tədqiqatına
17.3 milyon avro xərcləməyi düşünür. Cənubi Koreya isə növbəti 5 il ərzində
robotexnika sahəsinə 445 milyon dollar investisiya yatırmağı planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
