
“SoftBank”, WeWork adlı startapa 4.4 milyard dollar investisiya yatıracağını elan etdi.
Bu, Yaponiyanın telekommunikasiya nəhəngi “SoftBank” tərəfindən
ABŞ-da fəaliyyət göstərən layihəyə yatiracağı ən böyük investisiya olacaq.
Bunun üçün də “SoftBank”, bu cür böyük investisiya üçün ofis icarəsi sahəsində
fəaliyyət göstərən WeWork adlı startapı seçdi. WeWork, beynəlxalq Co-working zənciri
yaratmış startapdır. O, kiçik və mobil İT şirkətlər üçün bir iş masasından
tutmuş böyük olmayan ofislərin icarəsi xidmətini təklif edir. “SoftBank” bildirib
ki, sözügedən startap üçün maliyyələşdirmə mərhələ şəklində olaraq ABŞ-ın ən
böyük investisiya fondu Vision Fund-dan olacaq. Sözügedən investisiya məbləğindən
3 milyardı, WeWork-un yeni səhmlərinin alınmasına və digər investorların
paylarının alınmasına xərclənəcək. Analitiklər hal hazırda WeWork-u, 21 milyard dollar dəyərində qiymətləndirirlər.
Şərh yoxdur