
'SoftBank' müxtəlif texnoloji layihələrə 880 milyard dollar investisiya yatıracaq
Startup və Biznes
23.10.2017
Emil
“SoftBank” gələcəyin texnologiyalarına 880 milyard dollar investisiya yatırmaq planını elan etdi.
Bu şirkət artıq 100 milyard dollar
sərmayesi olan Vision Fund adlı investisiya fonduna sahibdir. Onun yeni
investisiyaları isə hər 2-3 il ərzində baş tutacaq. Qeyd etmək lazımdır ki, “SoftBank”,
“Nvidia”, “ARM” və “Improbable” kimi şirkətlərə investisiya yatırmaq üçün
Vision Fund-dan istifadə edib. Bununla yanaşı sözügedən fond həmçinin “Uber”in
20%-ni almağa da yaxındır. “SoftBank Group” şirkətinin CEO-su Masayoshi Son bir
neçə gün bundan öncə qeyd etmişdi ki, bu fond öz vəsaitlərini bitirdikdən sonra
bir-birinin ardınca Vision Fund 2, 3 və 4 fondları da yaradılacaq və onların
ümumi sərmayeləri 880 milyard dollar təşkil edəcək.

O qeyd edib ki, “SoftBank”
1000-ə yaxın texnoloji şirkətlərə investisiya yatırmağı planlaşdırır. İlk növbədə
üstünlük süni zəka və robotexnika sahəsində çalışan şirkətlərə veriləcək.
Masayoshi Son bir müddət bundan öncə etiraf etmişdi ki, o, sinqulyarlıq
konsepsiyasına inanır və bu konsepsiyanın 30 ildən sonra reallaşacağını güman
edir. Lakin indidən o, buna nəzərən investisiyaları edir.
“Mən inanıram ki, sinqulyarlıq baş tutacaq. Buna görə də mən pul vəsaitlərini yığaraq onları investisiya etməyə tələsirəm” – deyə Masayoshi Son bildirib.
Həmçinin o inanır
ki, süni zəka, insanlardan qat-qat ağıllı olacaq robotlara yeni yol açacaq. O
bildirib ki, 880 milyard dollar növbəti 10 illik investisiyalar üçün ona bəs edəcək.
Bu şirkətin yüksək miqdarda və sürətli investisiyalarını nəzərə alsaq, bu cür
böyük məbləğ üçün 10 il çox böyük müddət kimi görünür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
