SoundCloud, iflasın astanasında. İnvestorlardan 169.5 milyon dollar investisiya yardımı tələb olundu

11.08.2017 0 PAYLAŞIM 266 OXUNMA

Almaniyada təsis edilmiş musiqi servisi SoundCloud, hal hazırki investorlardan 169.5 milyon dollar investisiyanın (şirkətin 150 milyon dollar dəyərləndirilməsi qarşılığında) təsdiq edilməsini xahiş edib.

Səhmdarlara ünvanlanmış məktubdakı məlumatlara əsasən sözügedən ivestisiya yatırılmasa, şirkət öz fəaliyyətini davam etdirə bilməyəcək. SoundCloud-un problemləri haqqında hələ bu ilin əvvəlindən bəri məlumdur. Yanvar ayında şirkət bildirmişdi ki, onun fəaliyyətinin davam etdirilməsi üçün əlavə investisiya vəsaitləri lazımdır. Daha sonra mətbuatda SoundCloud-un uğursuz satışı haqqında xəbərlər yayılmağa başladı. İyul ayında isə məlum oldu ki, gəlirin əldə olunması üçün startap öz işçilərinin 40%-ni işdən azad edəcək. Əgər səhmdarlar razılığa gəlsələr, onda investisiya barədə müqavilə 11 Avqust tarixində bağlanacaq. Əks halda şirkət öz fəaliyyətini davam etdirə bilməyəcək. Məlumata əsasən hal hazırki səmhdarlardan (“Union Square Ventures”, “Doughty Hanson” və “Atlantic Technology” şirkətləri) başqa yeni investisiya çərçivəsində “Raine Group” və “Temasek” kimi şirkətlər də iştirak edə bilərlər. SoundCloud-un auditoriyası 175 milyon istifadəçidən ibarətdir və Crunchbase məlumatlarına əsasən təsis edildiyi müddətdən bəri o, 193.3 milyon ivestisiya əldə edib.