Spotify-ın şikayətləri nəticəsində Apple 27 milyard dollar dəyərində cərimələnə bilər

Spotify-ın şikayətləri nəticəsində Apple 27 milyard dollar dəyərində cərimələnə bilər

Startup və Biznes
30.04.2021 PAYLAŞIM

    Avropa komissiyasının ilkin nəticəsinə əsasən Apple şirkəti öz App Store platformasının üstünlüklərindən sui-istifadə edərək musiqi axını sahəsindəki rəqabəti ortadan qaldırır. Məlumatda qeyd edilib ki, tərtibatçılar yalnız App Store-dan istifadə edərək iOS istifadəçilərinə çıxış əldə edə bilirlər. Bununla belə Apple cihazları ilə proqram təminatı qapalı ekosistem yaradırlar və şirkət həmin ekosistem daxilində iPhone iPad istifadəçisi ilə olan istənilən qarşılıqlı əlaqəni idarə edir. Avropa komissiyası Apple şirkətinin tərtibatçılar üçün təyin etdiyi iki qaydaya qarşı çıxır:

- App Store-dakı tətbiqlərin daxilində alış-veriş məsələsində 30%-lik komissiya ilə Apple sistemindən istifadənin şərt olması. Avropa komissiyasının apardığı istintaq nəticəsində məlum olub ki, kənar tətbiqlərin tərtibatçıları nəticə etibarilə qeyd olunmuş 30%-lik komissiyanı öz istifadəçilərindən çıxırlar. Yəni onlar istifadəçilər üçün göstərdikləri xidmətlərin qiymətlərini məcbur şəkildə qaldırmalı olurlar


- Tətbiq yaradıcılarının iPhone və iPad istifadəçilərinə tətbiqdən kənarda alış-veriş variantı barəsində məlumat vermələrinin qadağan olunması.

    Məlumatda qeyd edilib ki, Avropa komissiyasının bu bəyanatı Avrozonada Apple Music ilə rəqabət aparan bütün musiqi servislərinə tətbiq edilən bu qaydaları əhatə edir. “Tətbiqlər mağazası üçün sərt qaydalar təyin edərək Apple musiqi axını sahəsində fəaliyyət göstərən və öz aralarında rəqabət aparan servisləri əlverişsiz vəziyyətə salır. Beləliklə Apple abunəçiləri daha ucuz abunəlik sistemlərinin seçilməsi imkanından məhrum edir və rəqabəti aşağı salır” - deyə Avropa komissiyasının icraçı vitse-prezidenti qeyd edib. Apple təmsilçisi bildirib ki, Spotify dünyanın ən böyük musiqi servisidir və Apple bu cür nailiyyətin əldə olunmasında oynadığı roldan qürur duyur.

    “Servis App Store-un verdiyi üstünlükləri əldə etmək istəyir. Lakin o, bunun müqabilində ödəniş etməyin lazım olduğu barəsində düşünmür. Avropa komissiyasının Spotify adından arqumenti ədalətli rəqabəti təkzib edir” - deyə Apple təmsilçisi bildirib. Məlumatda qeyd edilib ki, Apple şirkəti Avropa komissiyasının arqumentlərinə cavab vermək imkanına sahib olacaq. Buna baxmayaraq əgər sübut olunsa ki, Apple həqiqətən də Avropa Birliyinin qanunlarını pozub, o, illik dövriyyəsinin 10%-i dəyərində cərimə əldə edəcək. Apple şirkətinin 2020-ci il üzrə dövriyyəsi 274.5 milyard dollar təşkil etmişdi. Burdan da belə qənaətə gəlmək olar ki, Apple 27 milyard dollar dəyərində cərimələnə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


MediaTek yenidən dünyanın 1 nömrəli mobil prosessor istehsalçısı statusunu əldə ..

Counterpoint Research şirkətinin analitikləri bu ilin birinci rübü ərzində smartfonlar üçün tələbatı..


Apple şirkəti kriptovalyuta üzrə mütəxəssis axtarışındadır

Apple şirkətinin maliyyə şöbəsi rəqəmsal aktivlər üzrə mütəxəssisin axtarışını elan edib...


İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib..

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə ..


Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb..

Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google S..


Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib...


ABŞ hökuməti Xiaomi-yə qarşı olan sanksiyaları ləğv edir

Donald Trump ABŞ prezidenti vəzifəsindən ayrılmamışdan öncə onun Ağ Evdəki administrasiyası Xiaomi-n..

×