
Startap üçün vəsait axtarırsınız? Elon Musk-ın təcrübələrinə yönəlin
Startup və Biznes
29.03.2018
Emil
SpaceX və Tesla şirkətlərinin
təsisçisi Elon Musk-dan çoxlu sayda faydalı özəlliklər öyrənmək
olar. Əsasən də onun investorlarda yaxşı təəssürat yarada bilmək bacarığını. Elə
isə sizlərə Musk-ın təcrübəsindən əldə edə biləcəyiniz 3 faktoru təqdim edirik.
İnvestorları öz məqsədyönlülüyünüzə inandırın:
1995-ci ildə dünyanın vençur
fondunun həcmi 8 milyard dollardan bir qədər çox idi. Müqayisə üçün qeyd etmək
lazımdır ki, keçən il bu göstərici 155 milyard dollar təşkil etmişdi. Həmin heç
də uğurlu olmamış bir vaxtda Musk öz ilk startap layihəsi olmuş Global
Link Information-u (sonradan adı Zip2-ya dəyişildi) yaratmışdı.
Sözügedən layihə San Fransisko ərazisinin şirkətləri üçün biznes kataloqu
qismində çıxış edirdi. Musk haqqında bioqrafik kitabın (“Elon Musk: Tesla,
SpaceX, and the Quest for a Fantastic Future”) müəllifi Ashlee
Vance-ın sözlərinə əsasən Musk öz biznesinə kiçik məbləğlə start vermişdi.
İlk aylarda
Musk, onun qardaşı Kimbal və kiçik satış komandası müxtəlif
şirkətləri gəzərək öz layihələri haqqında məlumat verirdilər. Həmin vaxtda Elon-un
investorlar seçimi, təcrübəsi və əlaqələri yox idi. O yalnız bir əsas faktora
sahib idi: İşinə və məqsədyönlülüyünə olan sevgisi. Maliyyələşmənin
olmadığından Elon və onun qardaşı maksimal dərəcədə qənaətcil yaşayırdılar.
Onlar ofisdə qurulmuş döşəkçələrin üzərində yatır, çimmək üçün isə “Gənc
Xristianlılar Assosiasiyası”nın yerli şöbəsinə baş çəkirdilər. İnvestorları
yola gətrmək üçün Elon və Kimbal çox hiyləgər bir fənd fikirləşdilər.

Onlar daxilində Zip2-nun serverinin
yerləşdiyi qeyri-adi kompüter korpusu hazırlayaraq onu təkərli bir qurğunun üzərinə
qoymuşdular. Beləliklə görünüşcə o, kiçik superkompüterə bənzəyirdi. Bu hiyləgər
fənd və qardaşların sürdükləri sadə həyat tərzi isə onlara tez bir zamanda gəlirli
olmağa imkan yaratdı. Daha sonra onlar mələk investorlardan ibarət kiçik
qrupdan müəyyən miqdarda maliyyə əldə edə bildilər. Bundan sonra isə Mohr Davidow Ventures adlı investisiya fondu
onların layihəsinə 3 milyon dollar investisiya yatırdı. Nəticədə isə Compaq şirkəti
Zip2 startapını 307 milyon dollara aldı. Musk-ın öz işinə və məqsədyönlülüyünə
olan sevgisi təkcə qeyri-adi hiyləgər fəndlər və ofisdə gecələməklə məhdudlaşmırdı.
Belə ki, o,
Zip2-nun satışından qazanmış olduğu 22 milyon dollar vəsaiti elit avtomobillərə
və evlərə xərcləməyə başlamadı. Musk riskə gedərək öz vəsaitlərini X.com adlı
(sonradan şirkətin adı PayPal-a dəyişdirildi) yeni şirkətin
yaradılmasına yatırdı. PayPal-ın eBay-a satılması isə Musk-a 180
milyon dollar gəlir gətirdi. O, həmin gəlirləri SpaceX, Tesla və SolarCity şirkətlərinin
yaradılmasına xərclədi.
Elon
Musk-ın ilk biznesinin tarixçəsi onu göstərir ki, o, perspektivə çalışan bir
sahibkardır. Əgər o, şirkət üçün çalışırsa deməli özünü bütövlüklə işə verir.
O, şirkətə bütün gücünü və vəsaitini qoyur. İnvestorlar üçün isə bu cür məqsədyönlü
və çox çalışan sahibkara imtina etmək çətindir. Təbii ki, öz şirkətiniz barəsində
nə dərəcədə çox fikirləşdiyinizi sübut etmək üçün ofisdə gecələməyə ehtiyac
yoxdur. Sadəcə olaraq öz işinizlə necə yaşadığınızı və öz ideyanızın həyata
keçməsi uğrunda hər şeyə hazır olduğunuzu göstərin.
İdarəetməni tez bir zamanda başqasına yönəltməyin:
Acı reallıq ondan ibarətdir
ki, startapların yalnız kiçik bir hissəsi kənar investorlar olmadan
milyardlarla dollar qiymətləndirməyə malik olurlar. Bu faktdan daha bir problem
ortaya çıxır: Payın azalması və şirkətdə idarəetmənin itirilməsi. Bir çoxları
bu hakimiyyəti investorlar, startap təsisçiləri və onun rəhbərliyi arasındakı
etibarlı münasibət hesabına qoruyub saxlaya bilirlər. Facebook-un IPO öncəsi Mark
Zuckerberg-in 28.4% səhmə sahib olması faktı bunun bariz nümunəsidir.
Lakin bəzən olur ki, startap təsisçiləri tez bir
zamanda hakimiyyəti itirirlər və daha təcrübəli vençur investorların qarşısında
gücsüz qalırlar. Elon Musk öz karyerasının ilk vaxtlarında bu cür problemlə
qarşılaşıb. Musk-ın Zip2-dakı karyerası çox tez və qəmgin bitdi. İlk
investisiya raundu nəticəsində onun şirkətdəki payı çox azalmışdı. Buna görə də
o, direktorlar şurasının şirkətin CEO vəzifəsinə digər şəxsin təyin olunması qərarına
təsir göstərə bilmədi.

Elon-un özü isə şirkətin texniki
direktoru oldu. Bəli o hələ də şirkətin rəhbərlik heyətinə daxil idi. Lakin o,
hakimiyyətin olmamasına və şirkətin yeni baş direktorunun rəhbərlik siyasətinə
dözə bilmirdi. Bu cür vəziyyət Musk-ın X.com adlı ikinci startapında da baş
vermişdi. Şirkətin öz rəqibi Confinity ilə birləşməsindən
sonra Elon yaranmış yeni PayPal şirkətinin baş direktoru olmuşdu. Təəssüflər
olsun ki, PayPal-ın istifadə etmiş olduğu texnologiya uğrunda mübarizə nəticəsində
Elon baş direktor vəzifəsindən azad edilmişdir.
Bu hər iki
hal Musk-ın sonrakı qərarlarına ciddi təsir etdi. İndi o, şirkətdə son sözün
onda olması üçün yeni işə maksimum dərəcədə daha çox vəsait yatırmağı üstün
tutur. Nəticə göz qabağındadır: İnvestisiya cəlb etməklə məşğul olmazdan əvvəl
öz payınızı ayırmağı unutmayın (əsasən də əgər siz işə yenicə başlamış
sahibkarsınızsa). Əgər sizin şirkətinizin missiyası sizi həqiqətən də narahat
edirsə onda elə edin ki, gələcəkdə həmin missiyanı inkişaf etdirə biləsiniz. Əgər
sizin sözünüzün şirkətdə bir əhəmiyyəti yoxdursa buna nail olmaq çox çətin
olacaq.
İxtiraçı və fərasətli olun:
Elon Musk
istənilən vəziyyəti öz xeyrinə çevirməyi bacarır. Bunun əsas səbəbi isə onun
ixtiraçı olmasındadır. Gəlin onun bir neçə müddət əvvəl istifadəyə
verdiyi The Boring Company layihəsi misalında bu faktoru gözdən
keçirdək. Elon Musk bu şirkəti öz vəsaitləri hesabına yaratdı. Lakin yeraltı
tunellərin yaradılması üçün ona daha çox vəsait lazım olacaq. Lazımi vəsaiti
yığmaq üçün Musk qiyməti 500$ olan odpüskürənlərin satışına start verdi. Bu
üsulla bir neçə gün ərzində o, 10 milyon dollardan çox vəsait əldə etdi.
İnvestorlarda pul axtarışına vaxt sərf etmək yerinə o öz startapı üçün əlavə vəsaiti
personal brendin hesabına yığdı.

Texnoloji
sahədə ixtiraçılıq özəlliyi bütün uğurlu sahibkarlarda var. Buna misal
olaraq Airbnb-nin yaradıcılarını gətirmək olar. Onların layihələri
iflasın astanasında olan bir vaxtda onlar 2008-ci ildəki prezident seçkilərinə
həsr olunmuş brend qablaşdırmada çərəz satmağa başladılar. Bu cür piar
kampaniyasının hesabına onlar şirkətin ömrünü uzada (hal-hazırda Airbnb 31
milyard dollar dəyərində qiymətləndirilir) və nəticədə ABŞ-ın məşhur Y
Combinator adlı akselerasiya mərkəzinə daxil ola bildilər. Y
Combinator-un təsisçilərindən biri olan Paul Graham: “Əgər siz
qiyməti 4 dollar olan çərəz qutusunu 40 dollara almağa insanları məcbur edə
bilirsinizsə, deməli onları başqalarının döşəkçələrində yatmağa da məcbur edə
bilərsiniz”.
Mənbə: www.Entrepreneur.com
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
