Startaplar dövrü sona çatır. Növbədə bizləri nə gözləyir?

Startaplar dövrü sona çatır. Növbədə bizləri nə gözləyir?

Startup və Biznes
04.11.2017 PAYLAŞIM

Günümüzdə dünyanın bir çox nöqtələrində yeni Silikon Vadisi olmağa iddialı müxtəlif startap cəmiyyətləri yaranır. Lakin Silikon Vadisinin özündə işlər necə gedir? Techcrunch-ın fikrincə startap dövrü sona çatıb. Cavan mühəndislər və sahibkarlar yeni Facebook, Airbnb Uber-i yaratmaq arzusundadırlar. Demək olar ki, hər bir böyük şəhərdə əfsanəvi Y Combinator akseleratoruna bənzər bir və ya bir neçə akselerasiya mərkəzi var. Bir çox İT sahibkarlar iqtisadiyyatın hər bir aspektində çevriliş etməyə çalışırlar. Günümüzdə böyük şirkətlər bir növ dinozavrlara bənzəyirlər hansıları ki, yaxın zamanda iti dişlərə sahib sürətlə böyüyən məməlilər yeyəcək. Elə deyilmi? Əslində xeyr. İndi biz kiçik şirkətlərə deyil, böyük şirkətlərə mərhəmət göstərən yeni dünyada yaşayırıq. Növbəti 10 illik kiçik startaplara deyil, böyük şirkətlərə və onların sahibkarlarına məxsus olacaq. Buna görə də indiki universitet məzunları çox güman ki, yeni Mark Zuckerberg olmaq əvəzinə məhz ona çalışacaqlar.



1997-2006-cı illərdə internet sahəsində olan boom effekti sayəsində “Amazon”, “Facebook”, “Google”, “Airbnb”, “Salesforce” və s. kimi şirkətlər yarandı. Çünki həmin illərdə internet yeni bir şey kimi qəbul olunurdu. Qarajda və ya yataqxanada çalışaraq hansısa saytı yaratmış bir neçə şəxs rahatlıqla milyonlarla dollar investisiya cəlb edərək öz bizneslərini elə genişləndirirdilər ki, bütün dünya onların məhsulundan istifadə edirdi. Bu cür vəziyyət həmçinin 2007-2015-ci illərdə də oldu. Həmin illərdə smartfonlar sahəsində əsl boom effekti yarandı. Nəticədə Uber, Lyft, Snap, WhatsApp, Instagram Twitter kimi mobil tətbiqlər yarandı. Biz qlobal texnoloji təkamülün (internetin inkişafı və smartfonların yaranması) şahidi idik və ona görədə düşünürük ki, növbəti təkamül çox yaxındır və yenə də qarajda çalışan bir neçə nəfər hansısa tətbiqi yaradaraq dünyanı dəyişəcək. Lakin buna bənzər hadisə baş verməyəcək. İnternet böyük şirkətlərə məxsusdur, artıq hamı smartfonlara sahibdir, mobil tətbiqlər bazarını isə böyük korporasiyalar idarə edirlər. Lakin müasir yeni texnologiyalar çox qəliz və bahadırlar. Ona görə də onlarla böyük kapitalı və genişlənmək üçün vəsaitləri olan təşkilatlar məşğul olurlar.


Təəccüblü deyil ki, ilkin investisiyaların ümumi həcmi 2017-ci ildə aşağı düşmüşdür. Ən böyük 5 texnoloji şirkət siyahısına daxil olan “Alphabet”, “Amazon”, “Apple”, “Facebook” və “Microsoft” dünyanın ən bahalı 5 texnoloji şirkətinə çevrilmişdir. Gələcək dövr məhz bu şirkətlərə məxsusdur. Bir çoxları düşünür ki, gələcək dövr süni zəka, dronlar, AR/VR, kriptovalyutalar, pilotsuz avtomobillər və internet əşyaları kimi sahələrin arxasındadır. Bütün bu texnologiyalar çox vacibdirlər. Lakin onlar vaxtı ikən smartfon və internet kimi, startaplar üçün əlçatan deyillər. Süni zəka sahəsində layihələrin hazırlanması üçün təkcə mütəxəssislər bəs eləmir. Böyük miqdarda məlumatların olmaması halında həmin mütəxəssislərin çalışması mənasız olacaq. Bəs ən yaxşı məlumatlara kimlər sahibdirlər? Bəli düzdür. Həmin bahalı və böyük 5 texnoloji şirkət. Bura həmçinin onların Çindən olan rəqibləri “Tencent”, “Alibaba” və “Baidu” da daxildir.


Dronlar və qoşula bilən cihazlarla da hər şey bu qədər sadə deyil. Onların prototiplərini yaratmaq çox çətindir, onlar adətən çox az gəlir gətirirlər və onları bazara çıxardaraq biznesi genişləndirmək çox baha başa gəlir. Misal olaraq Pebble, Jawbone, Juicero HTC-nin uğursuz layihələrini yadınıza salın. Lakin qeyd etmək lazımdır ki, yeni cihazlar üçün hazırlanan servis və tətbiqlər istisna kimi çıxış edirlər. Adətən həmin servis və tətbiqləri hazırlayan startaplar nəticədə böyük uğur qazanma şansına sahibdirlər. Pilotsuz avtomobillər daha da bahalı ideyadır. Bu sahə də biotexnologiyalar kimi böyük şirkətlərin bir-biriləri ilə apardıqları müharibə meydanına bənzəyir. Bu sahədə çalışan startaplar isə yalnız ona ümid edə bilərlər ki, nəticə etibarilə onları hansısa böyük şirkətlər alacaq. Lakin bu bazarda böyük oyunçu olmaq şansı onlarda çox azdır.


Artırılmış və virtual reallıq sahəsindəki layihələr hələki özünü doğrultmurlar. Bununla yanaşı AR və VR üçün cihazların və tətbiqlərin yaradılmasına külli miqdarda vəsait lazımdır. Magic Leap adlı startap artıq 2 milyard dollara yaxın investisiya cəlb edib, lakin hələ də öz məhsulunu təqdim etməyib. Hətta sonuncu məlumatlara əsasən onların işləri o qədər də yaxşı getmir. “Microsoft”un HoloLens, “Google”ın Cardboard / Tango / ARCore və “Apple”ın ARKit layihələri ilə isə hər şey yaxşıdır. Onlar öz platformaları əsasında müxtəlif tətbiqləri yaratmaq da davam edirlər. Kriptovalyutalar öz startaplarını uğurlu etməkdə yardımçı olmayacaqlar. Çox güman ki, həmin startaplar sayəsində kriptovalyutaların özləri və startapların desentralizə olunmuş sistemləri uğurlu olacaqlar. Bitcoinin bazar kapitalizasiyası artıq bu texnologiya üzrə qurulmuş istənilən startapın bazar kapitalizasiyasını keçib. Həmin şeyi Ethereum barəsində də demək olar.


Beləliklə texnoloji startaplar hansı vəziyyətdədirlər? Çox ağlamalı vəziyyətdədirlər əslində. Onların hamısı arzu edir ki, günlərin birində həmin böyük 5 texnoloji şirkətdən kimsə onları alacaq. Təbii ki, nə vaxtsa sözün əsl mənasında inqilablı startaplar yaranacaq. Lakin əvvəlki illərə nisbətən onların sayı az olacaq. Bunu hətta Y Combinator akselerasiya mərkəzinin məzunlarından da görmək olar. 5 il bundan öncə yəni, 2012-ci ildə bu akselerasiya mərkəzindən 3 startap çıxdı hansılar ki, bazarı tutdular və bizneslərini genişləndirərək böyük şirkətlərə çevrildilər. Söhbət, “Airbnb”, “Dropbox” və “Stripe”dan gedir. Bu 3 şirkət bu günə kimi Y Combinator-un ən məşhur məzunları kimi tanınır. Son 6 il ərzində Y Combinator öz yaranmasının ilk 6 ilindən fərqli olaraq müxtəlif layihələrə daha çox vəsait yatırıb. Lakin 2011-ci ildən sonra bu akselerasiya mərkəzindən məzun olmuş hansısa startapın adını çəkə bilərsinizmi ki, o, sözügedən həmin 3 məşhur startap kimi uğurlu olsun?


Çox güman ki, bu halda yalnız bir startapın adını çəkmək olar. Söhbət, supermarketlərdən məhsulların daşınması sahəsində fəaliyyət göstərən Instacart adlı servisdən gedir. Lakin bu bazara həmçinin öz Amazon Fresh adlı servisi ilə “Amazon” şirkəti gəldi. Hal hazırda var olan texnoloji nəhənglər öz güclərini daha da artıracaqlar və beləliklə kiçik startaplar onlarla rəqabət aparmaq da çətinlik çəkəcəklər. Bu çox pis göstəricidir. Onsuzda həmin şirkətlər lazımi hakimiyyətə sahibdirlər. Bir çoxları hətta “Amazon” və “Google” şirkətlərinin bazardakı monopoliyalarına qarşı tədbirlərin görülməsinə yönəlik çağırışlar edirlər. Lakin əsas olan özəllik ondan ibarətdir ki, startaplar yeni baxışlar və problemlər üçün yeni həll üsulları təqdim edirlər. Böyük şirkətlər isə adətən köhnə qayda üzrə irəliləyirlər. Yeni texnologiyaların özəllikləri sayəsində yaxın 5-10 il ərzində hakimiyyət məhz böyük şirkətlərdə olacaq. Bu o vaxta kimi davam edəcək ki, vəziyyət dəyişəcək və sənaye tamamilə digər istiqamətdə öz inkişafını davam etdirəcək.

Mənbə: www.Techcrunch.com

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


MediaTek yenidən dünyanın 1 nömrəli mobil prosessor istehsalçısı statusunu əldə ..

Counterpoint Research şirkətinin analitikləri bu ilin birinci rübü ərzində smartfonlar üçün tələbatı..


Apple şirkəti kriptovalyuta üzrə mütəxəssis axtarışındadır

Apple şirkətinin maliyyə şöbəsi rəqəmsal aktivlər üzrə mütəxəssisin axtarışını elan edib...


İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib..

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə ..


Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb..

Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google S..


Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib...


ABŞ hökuməti Xiaomi-yə qarşı olan sanksiyaları ləğv edir

Donald Trump ABŞ prezidenti vəzifəsindən ayrılmamışdan öncə onun Ağ Evdəki administrasiyası Xiaomi-n..

×