Steve Wozniak, Woz U adlı online təhsil startapını yaratdı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
15.10.2017
Farid Pardashunas
“Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak, Woz U adlı rəqəmsal institut startapını yaratdı.
Wozniak-ın sözlərinə əsasən
yaradılmış yeni startap, İT mütəxəssislərin hazırlanması, adi insanların,
texnologiyalardan qorxmamaları və avtomatlaşdırma sistemi ilə əlaqədar olaraq
onların iş yerlərinin itirilməməsi üçün xidmət göstərəcək. ABŞ-da minlərlə
proqramlaşdırma kursları mövcuddur. Bununla yanaşı artıq uzun müddətdir ki,
online kurslar vasitəsilə ev şəraitində İT mütəxəssisləşmə prosesini keçən tətbiqlər
də mövcuddur. Buna misal olaraq Udacity adlı tətbiqi gətirmək olar.
O, 2012-ci
ildə yaradılıb və hal hazırda ondan 1.5 milyon insan istifadə edir. Lakin Steve
Wozniak, rəqabətdən qorxmur. Onun Woz U adlı startapı, offline məktəblər şəbəkəsi
ilə informatika üzrə online kurslar satan tətbiqləri özündə birləşdirəcək. Wozniak-ın
hədəfi, kompüter elmləri və proqram təminatı üzrə mütəxəssislərin yetişdirilməsidir.
Bu biliklər, avtomatlaşdırma dövründə insanları, iş yerlərindən azad olunma təhlükəsindən
qorumalıdır. Sonradan bu rəqəmsal instituta böyük məlumatların analizi və
kibertəhlükəsizlik kimi ixtisaslar da daxil ediləcək. Wozniak-ın sözlərinə görə
onun institutundan məzun olacaq tələbələr, digər institut diplomları almış şəxslərlə
İT sahədə eyni rəqabətə sahib olacaqlar. İndiyənə kimi proqramlaşdırma üzrə
kurs və məktəblər bu cür nəticəyə sahib ola bilmirlər.
Böyük İT şirkətlərdə isə
bu cür tədris yerlərini bitirmiş şəxslərə ciddi yanaşılmır. Wozniak, biznesdəki
əlaqələrindən istifadə edərək böyük işverənlərin sifarişlərinə əsasən adi
insanlardan İT mütəxəssisləri yetişdirməyi özünə məqsəd kimi qoyub. Bununla
yanaşı Woz U həmçinin gələcəyin İT sahibkarlarını da yetişdirəcək. Akselerator
formatında fəaliyyət göstərək məktəb Arizonada yerləşəcək. Daha 30 offline məktəbin
isə bütün ABŞ boyunca fəaliyyətə verilməsi planlaşdırılır.
“Bizim borcumuz, təhsil aldığına görə bankdan kredit götürməyə məcbur etməmək və insanlara, işlə təmin olunacaqlarına təminat verəcək rəqəmsal bilikləri öyrətməkdir” – Wozniak bildirib.
Lakin bu o demək deyil ki, Woz U-da təhsil almaq pulsuz başa gələcək.
Vaxtı ikən Wozniak, Steve Jobs ilə birlikdə kompüterlərin pulsuz verilməsi barəsində
mübahisələr aparırdı. Wozniak indinin özündə də texnologiyaların əlçatanlığının
tərəfdarıdır. Buna baxmayaraq Woz U-da təhsil almaq üçün müəyyən vəsait ödəmək
lazım gələcək. Qiymətin nə qədər olacağı barəsində məlumat verilməyib. Lakin
institutun təmsilçisi qeyd edib ki, ödənişin miqdarı, tələbənin hansı təhsil
proqramını seçəcəyindən asılı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)