
Süni zəka əsasında ingilis dili öyrədən startap, 100 milyon dollar investisiya aldı
Startup və Biznes
28.07.2017
Emil
Çində fəaliyyət göstərən təhsil startapı Liulishuo, 100 milyon dollar investisiya aldı.
Bu startap tərəfindən süni zəka əsasında yaradılmış ingilis
dili müəllimi artıq 600.000 tələbəyə sahibdir. Liulishuo adlı startap, digər təhsil
layihələrindən fərqlənir. Belə ki, onun ingilis dili öyrədicisi, süni zəka əsasında
hazırlanıb. Süni zəka, tələbələri və onların ingilis dilində danışa bilmək
bacarıqlarını qiymətləndirərək individual təhsil proqramını seçir. Şirkətin təsisçisi,
“Google”un məhsullar üzrə keçmiş meneceri olan Wang Yi-dir. Startapın artıq
600.000-ə yaxın aktiv istifadəçisi var və bu ilin əvvəlində o, gəlir əldə etməyə
başlayıb. Sözügedən startapa, China Media Capital, Wu Capital, Trustbridge Partners, IDG Capital,
GGV Capital, Cheburic Ventures və Hearst Ventures kimi fondlar investisiya yatırıblar. Təhsil sahəsində
olan yeni texnologiyalar daha da aktual olmağa baışlayırlar. Mütəxəssislərin
fikrincə bu sahə, investisiyalar üçün ən perspektivlilərindən biridir. Belə ki,
böyük şirkət menecerləri öz işlərindən ayrılaraq özlərinin təhsil üzrə
startaplarını yaradırlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
