drzeka zeka kartları

Süni zəka üzrə aparıcı mütəxəssislərdən biri olan Andrew Ng,150 milyon dollarlıq süni zəka fondu yaradır

16.08.2017 0 PAYLAŞIM 322 OXUNMA

Süni zəka üzrə dünyanın ən aparıcı mütəxəssislərindən biri olan Andrew Ng, özünün vençur fondunun yaradılacağını elan etdi.

Sözügedən fond, süni zəka sahəsində layihələrin texnologiyalarını inkişaf etdirmək üçün nəzərdə tutulacaq. Beləliklə 150 milyon dollarlıq fond, süni zəka ilə bağlı layihələrə yatırım edəcək və onların inkişafında dəstək olacaq. 2017-ci il, süni zəka fondlarının yaradılması üçün uğurlu il oldu. Belə ki, bir neçə ay ərzində “Google”, “Microsoft” və “Toyota” kimi şirkətlərin bu cür fondları aktivləşdirildi. Bu cür fondlar, ekspert dəstəyi, resurs, süni zəka əsasında proqram təminatlarının yaradılması üçün aparıcı texnologiyalar ilə təmin edilməsi və s. kimi köməkliklər edirlər. Hələki məlum deyil ki, Andrew Ng-in fondu, digər fondlardan nə ilə fərqlənəcək. Andrew Ng-nin əsas qlobal məqsədi, süni zəka üzrə alqoritm tərtibatçılarının cəmiyyətini yaratmaqdır. Bu məqsədinə isə o yaxındır. Keçən həftə məlum oldu ki, Andrew Ng, özünün Deeplearning.ai startapı çərçivəsində süni zəkanın öyrənilməsi mövzusunda xüsusi kurslara start verəcək. Qeyd etmək lazımdır ki, Andrew Ng, süni zəka üzrə dünyanın ən aparıcı mütəxəssislərindən biridir. Andrew, “Baidu” şirkətindən gedəndən sonra bir neçə saat ərzində şirkətin səhmləri 3% aşağı düşmüşdü.