
Süni zəka üzrə dünyanın ən aparıcı mütəxəssislərindən biri olan Andrew Ng, özünün vençur fondunun yaradılacağını elan etdi.
Sözügedən fond, süni zəka sahəsində layihələrin texnologiyalarını
inkişaf etdirmək üçün nəzərdə tutulacaq. Beləliklə 150 milyon dollarlıq fond,
süni zəka ilə bağlı layihələrə yatırım edəcək və onların inkişafında dəstək
olacaq. 2017-ci il, süni zəka fondlarının yaradılması üçün uğurlu il oldu. Belə
ki, bir neçə ay ərzində “Google”, “Microsoft” və “Toyota” kimi şirkətlərin bu
cür fondları aktivləşdirildi. Bu cür fondlar, ekspert dəstəyi, resurs, süni zəka
əsasında proqram təminatlarının yaradılması üçün aparıcı texnologiyalar ilə təmin
edilməsi və s. kimi köməkliklər edirlər. Hələki məlum deyil ki, Andrew Ng-in
fondu, digər fondlardan nə ilə fərqlənəcək. Andrew Ng-nin əsas qlobal məqsədi,
süni zəka üzrə alqoritm tərtibatçılarının cəmiyyətini yaratmaqdır. Bu məqsədinə
isə o yaxındır. Keçən həftə məlum oldu ki, Andrew Ng, özünün Deeplearning.ai
startapı çərçivəsində süni zəkanın öyrənilməsi mövzusunda xüsusi kurslara start
verəcək. Qeyd etmək lazımdır ki, Andrew Ng, süni zəka üzrə dünyanın ən aparıcı
mütəxəssislərindən biridir. Andrew, “Baidu” şirkətindən gedəndən sonra bir neçə
saat ərzində şirkətin səhmləri 3% aşağı düşmüşdü.