drzeka zeka kartları

'SUP Demo Day'də, 7 startap investorlar önündə çıxış etdi (FOTOLAR)

07.10.2017 0 PAYLAŞIM 1189 OXUNMA

    Bir neçə gün əvvəl, haqqında məlumat verdiyimiz SUP Demo Day bir neçə saat əvvəl baş tutdu. Tədbirdə, 3-ü SUP Akselerasiya proqramının məzunu, 4-ü isə qonaq startap qismində olan 7 startap çıxış etdi. Həm xarici, həm yerli investorların iştirakı ilə keçirilən tədbirə iş adamları, şirkət nümayəndələri və ekosistemə marağı olan 50-yə yaxın iştirakçı qoşulub.

     Bugünə qədər Demoday-lərdə bir neçə startapın maliyyələşdiyini nəzərə alsaq, bu dəfə ki, tədbirin də effektiv olduğunu deyə bilərik. Digər Demoday-lərə nisbətən bu dəfə qonaqlar, startapları sözün əsl mənasında sual atəşinə tutdular.

Demoday-də çıxışı reallaşan startapların siyahısını sizlərə təqdim edirik:

1. "Arzoom" - "Augmented reality" istifadəçiləri ilə marketoloqların qarşılaşdıqları problemləri, "Argumented reality" texnologiyalarının köməkliyi ilə həll edən platforma.

2. "Propile" - İstifadəçilərin, qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdıran mobil tətbiq.

3. "Finmarket" - Maliyyə portalı.

4. "Obanatur" - Əhaliyə ekoloji kənd təsərüfatı məhsulları təklif edən elektron-ticarət platformasıdır.

5. "Green Baku" - Azərbaycanda təkrar emal əsasında kağız materialları istehsal edən startapdır.

6. "D'ərzı" - Dərzilər ilə müştəriləri birləşdirən elektron platforma.

7. "Ticket setup" - Biletlərin elektron satışını təklif edən platformadır.

Təqdimatlar bitdikdən sonra qonaqlar əlaqə və netvörklərin qurulması üçün naharda iştirak ediblər.