'SUP Demo Day'də çıxış edəcək 8 startapın adı məlum oldu
03.10.2017
Farid Pardashunas
Hər mövsüm olduğu kimi ənənəsinə sadiq qalan SUP Akselerasiya Mərkəzi, startaplar üçün növbəti "Demoday"i 7 Oktyabr tarixində keçirəcək. Son seçim mərhələsində 3 startapı akselerasiya proqramına qəbul edən mərkəzin bu dəfəki "demoday"i yerli investor və mütəxəssislərin iştirakı ilə keçiriləcək.
Keçən qəbul mərhələsində SUP Akselerasiya Mərkəzinin proqramına qəbul olunan "D'arzi", "Propile", "Arzoom" startapları "Demoday"də öz təqdimatlarını edəcəklər. Hər dəfə olduğu kimi qonaq qismində çıxış edən startaplarla birlikdə bu "Demoday"də 8 komanda çıxış edəcək.
7 Oktyabr SUP Akselerasiya mərkəzində baş tutacaq təqdimat saat 10:00-da start götürəcək. Beləliklə, "SUP Demo Day"də iştirak edəcək komandalarla sizləri tanış edirik.
1. "Arzoom" - "Augmented reality" istifadəçiləri ilə marketoloqların qarşılaşdıqları problemləri "Argumented reality" texnologiyalarının köməkliyi ilə həll edən platforma.
2. "Propile" - İstifadəçilrin qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdıran mobil tətbiq.
3. "Finmarket" - Maliyyə portalı.
4. "Obanatur" - Əhaliyə ekoloji kənd təsrüfatı məhsulları təklif edən elektron-ticarət platformasıdır.
5. "Green Baku" - Azərbaycanda təkrar emal əsasında kagız materialları istehsal edən startapdır.
6. "D'ərzı" - Dərzilər ilə müştəriləri birləşdirən elektron platforma.
7. "Ticket setup" - Biletlərin elektron satışını təklif edən platformadır.
8. "Automax" - Sürücülər üçün naviqasiya və digər texniki məlumatları cəmləşdirən cihazdır.

Tədbirin rəsmi səhifəsindən ətraflı məlumat ala bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib